Tarixin bütün dönəmlərində məşhur insanların ölümləri ətrafında müəmmalar, sirlər olub. Xüsusilə milyonların taleyini həll edən imperatorların, tarix səhifələrində qanlı izlər buraxan qəddar diktatorların ölümləri ətrafında çox vaxt məxfilik çəmbəri yaradılıb. Məsələn Çingiz xanın məzarı uzun axtarışlara rəğmən, bu günə qədər tapılmayıb. Əmir Teymurun məzarının acılması İkinci dünya savaşına səbəb olub və s. XX əsrdə məşhur dövlət başçılarından üçünün sirli ölümləri isə bu günə qədər də müzakirə edilməkdədir. Romanovlar ailəsinin güllələnməsi, Hitler və Yevanın intiharı, Stalinin ölümü ətrafında olan müəmmalar indiyə qədər çox araşdırmaların, yazılan yüzlərlə kitabın, həmçinin gündəlik nəşrlərin mövzusuna çevrilib. Yeni rubrika tarixin gizli səhifələrinə işıq salmaq, müəmmalı hadisələrə aydınlıq gətirmək məqsədi daşıyır. Romanovlar ailəsinin güllələnmədiyini, sadəcə güllələnmə oyununun yaşandığını, Rusiya İmperiyasının son çarı Nikolayın varisi Alekseyin necə SSRİ-nin rəhbəri vəzifəsinə gətirilməsini, onun Romanovdan Kosıginə necə çevrilməsi, Stalinin ölümü ətrafinda baş verən gizli hadisələri və Hitlerin bukerdən qaçışının necə və kimlər tərəfindən təşkil olunmasındən bəhs edəcəyik.
Uzun illər keçdikdən sonra, günümüzdə bu kimi müəmmalara işıq salmaq marağı insanlarda necə başladı? Məsələ bundadır ki, onların ölümünün saxta olması barədə iddialar arxiv sənədlərində qorunan bəzi məxfi məlumatların mediaya sızmasından sonra get- gedə artdı. Əslində Hitlerin yaşaması barədə xəbərlər 1945-ci ilin iyulunda bir neçə Argentina qəzetinin Hitler və onun arvadı Yeva Braunun sualtı qayıqla bu ölkəyə gəlməsi barəsində sensasiyalı məlumatlar dərc etməsindən sonra başladı. Bu cür yazıların dərc olunmasının əsas səbəbi almanların “U-530” sualtı qayığının Argentina sahillərində görünməsi olmuşdu.
Elə həmin günlərdə “Tribuno” qəzetində iki faşist sualtı qayığının Argentina sahillərində yaxalanması barəsində məlumat getmişdi. Argentina hökuməti “U-530” sualtı qayığını və onun ekipajını ABŞ və İngiltərəyə təhvil verməklə yanaşı, Hitlerin onların ölkəsində peyda ola biləcəyi haqqında məlumat aldıqlarını və bununla bağlı araşdırma aparacaqlarını da bildirmisdi. Lakin sonradan bu barədə heç bir açıqlama verilmədi. Məsələ bunda idi ki, Argentinanın yeni seçilən prezidenti nasıstlərə gizli rəğbət bəslayirdi və qaçqınları tapıb təhvil verəcəyi barədə vədi səmimi deyildi. Buna görə də bu gün həmin sirli sualtı qayıqla birlikdə öz ölkələrindən qaçan nasistlərin həqiqətən də o dövrdə Argentinada gizləndiklərinə artıq şübhə yoxdur. Hitlerin ölümü barədə bunkerdə olan şahidlərin verdiyi məlumatlar isə sonradan öz təsdiqini tapmadı. Onların sözlərinə görə, 22 apreldə fürer Keytel və Yodldan cəbhədəki əsl vəziyyət barəsində dəqiq məlumat alır. Həqiqəti eşidən Hitler, məhvin qaçılmaz olduğunu anlayır və bundan sonra onda güclü isteriya başlayır. Elə həmin zaman Hitler özünü öldürmək qərarına gəlir.
O günün axşamı Hitler və Yeva Braun nigah mərasimi keçirirərək evləndiklərini elan edirlər. 30 apreldə, gecə saat 2.30 radələrində Hitler öz yaxın ətrafı ilə vidalaşır. Sonra Yeva Braunla öz otaqlarına çəkilirlər. Adolf Hitler özünü güllələyir, arvadı isə zəhər içir. Onların cəsədləri bunkerin ehtiyat çıxışından dəftərxananın arxasındakı bağa çıxarılır və üzərlərinə benzin tökülərək yandırılır. Reyxstaq dəftərxanasının bunkerindən sağ qurtulmuş şahidlərin dediklərinə görə, Hitlerin son günləri barəsindəki qısa izahat bundan ibarətdir. Lakin tarix həqiqətlləri gizlətməyi sevmir. Gec-tez , hətta 100 il, 1000 il sonra belə məxfi qalan sirlər ortaya çıxır. Son illər texnologiyaların inkişafı sayəsində də Fürerin saxta ölüm tamaşasının bütün detalları üzə çıxıb. Məlum olub ki, öldürülən və yandırılanlar əsil Hitler və Yeva olmayıb. Hitlerin rolunu Qustav Valer adında bir şəxs, Yevanın rolunu isə onun bərbəri, Yevaya çıx bənzəyən qadın oynayıb. Kişinin və qadının şübhə doğurmaması üçün bütün tədbirlər görülüb, onların üzərində saç və qrim ustaları işləyib. Fürerin və Yevanın mimikası, danışıq tərzi ilə bağlı onlara pesakar dərs keçib.
Nigah mərasimində “evlənən” də həmin adamlar olub. Maraqlıdır ki, bunkerdə qalan o qədər adam Hitlerin və Yevanın saxta olduğunu hiss etməyiblər. O ərəfədə artıq Hitler və arvadı Almaniyadan çox uzaqlarda idilər. NKVD əməkdaşlarına Qustavın fürerə çox bənzəməsi faktı məlum idi. Onlar öyrənmişdilər ki, o, 1944-cü ilədək Berlində yaşayıb. Lakin NKVD onun izini tapa blmədi. Stalinə isə Hitlerin doğrudan da ölməsi barəsində təkzibolunmaz faktlar vacib idi. Ona görə də, NKVD tərəfindən Hitlerin özünü öldürməsi məsələsi çox ciddi və hərtərəfli şəkildə araşdırıldı. Məlum oldu ki, Hitler və Yeva Braunun özlərini öldürmələri səhnəsi barəsində şahidlərin söylədiklərində xeyli ziddiyətlər mövcuddur. Hitlerin şəxsi pilotu bildirib ki, Hitler və Yeva Braun özlərini güllələyiblər. Bunun əksinə olaraq digərləri isə israr ediblər ki, Hitlerin arvadı zəhər qəbul edib. Hitlerin özünü necə öldürməsi səhnəsinin təsvir olunmasında da ziddiyyətlər olub. Belə ki, Hitlerin şəxsi sürücüsü Erix Kempka fürerin ağzından vurulduğunu, Hitlerin otaq xidmətçisi Heynis Lingenin isə onun gichahından vurulduğunu iddia edib. Hitlerin əvvəlcədən verdiyi tapşırığa əsasən, onun və Yevanın cəsədi yandırılmalı imiş.
Cəsədləri bunkerdən Borman, Göbbels, Günşe və digər dörd nəfər çıxarıb və bir neçə metr kənardakı çalanın içinə ataraq yandırıblar. Lakin cəsədlərin necə məhv edilməsini görən şahidlərin verdikləri ifadələr xeyli dolaşıqdır. İlk soruşdurma zamanı Linqe, Yeva Braunun cəsədi barəsində nə isə deməyə xeyli çətinlik çəkib. Günşe isə dindirilmə zamanı bildirib ki, Yeva Braunun yalnız külü qalıb. Amma digər ifadələrdən məlum olur ki, cəsədlər tam olaraq yanmayıb. Demək oxşarların öldürülməsi və yandılırlması prosesi yalnız ən sədaqətli və qaçış planından xəbərdar olan şahidlərin gözü önundə baş verib. Onlar sirri saxlamaq üçün üçün istintaqda özlərindən yalanlar uydurub deyiblər.
Qeyd edək ki, həmin dövrdə bir çox nasistlər plastik əməliyyatlar aparıb, saxta sənədlər düzəldirdilər. Həmçinin, Fürerin qaçışını təşkil edən, onları əvvəlcə yeraltı yolla Berlindən kənara çıxaran, sonra 2 zirehli tankla sualtı katerə qədər gətirən və qaçqınların etibarlı şəkildə gizlənməsini təşkil edən Borman da plastik əməliyyat keçirib və onun yerinə öldürülüb yandırılan da məhz Bormanın oxşarı olub. Bu plan aylar əvvəl hazırlandığı və hər detalın əvvəlcədən düşünüldüyünü nəzərə alsaq, demək cəsədlər tamamilə yanıb külə çevrilməməli idi. Ona görə ki, həmin cəsədin Hitlerə aid olmasına inanmaq üçün bədənin müəyyən hissələri qalmalıymış. Məsələn, diş protezləri vasitəsi ilə cəsədin Hitlerə aid olması fikrinə gəlinə bilərdi. Hitlerin diş həkimi Kette Hayzerman təsdiq edib ki, bu dişlər həqiqətən də Adolf Hitlerə və onun məşuqəsi Yeva Brauna aiddir. Onun bu ifadəsini Hitlerin digər bir diş həkimi Frits Extman da təsdiqləyib. Bəllidir ki, Hitlerin diş potezi və diş plombunun eynisini hazırlamaq heç də çətin iş deyildi. Hitlerin, Yeva Braunun, Göbbelsin və onun arvadı Maqdanın yarıyanmış cəsədlərinin üzərində diqqətli tədqiqatlar aparılıb. NKVD əməkdaşlarını Hitlerin kalium-sianid zəhəri qəbul etməməsi faktı da çaşdırıb. Belə ki, həmin zəhərin ampulası əzilərək Hitlerin və Yeva Braunun cəsədinin çənəsi üzərinə səpələnmışdı. Buradakı müəmma ondan ibarətdir ki, əgər doğrudan da fürer özünü güllələyibsə, onda belə bir imitasiya yaratmağa nə gərək vardı? Bundan başqa isə Hitlerin cəsədində sağ daban nahiyəsi və baldır sümüyünün aşağı hissəsi yoxmuş. Cəsədin bütövlüklə yanmaması halında isə həmin nahiyyələrin tam məhv olması mümkün deyildi. Demək Hitlerin əvəzinə onun oxşarı yandırılıb və adamın bədəninin bu nahiyələrində hansısa defektlər olub. Elə ona görə də bədənin həmin hissələri məhv edilib. Əlavə olaraq Hitler və Yeva Braunun özlərini öldürdükləri divanın üzərindən götürülmüş qandan alınan nümunə göstərib ki, divandakı qan ilə cəsədlərin qan qrupları uyğun deyil.
Qələbədən sonra Hitlerin intihar edərək meyidinin yandırılması barədə Rusiya və müttəfiqləri tərəfindən rəsmi açıqlama verilsə də əksər dövlət başçıları nasist başçısının intihar erməsinə inanmırdılar. Həa Con Kennedi açıq şəkildə bildirmişdi ki,Hitlerin ölümünə qətiyyən inanmır. Stalin özü də Hitlerin özünü öldürməsinə heç vaxt inanmayıb. Onun əmri ilə NKVD -nin casusları nasist rəhbərini axtarmaqda davam ediblər, amma nəticə əldə edə bilməyiblər.