Onların münasibətlərinin olması barədə xəbərlərin ictimailəşməsi hətta sosial mediada bir şüarın trendə çevrilməsinə gətirib çıxarıb.
Feysbuk aktivistləri, müğənnilər instaqram paylaşımlarında “Mənim də bir Həcim olsun”, “Məni də bir Həci saxlasın” üslublu replikalar palyaşırlar.
Yəni, Hacı Ramazan kifayət qədər tanınmış, üzdə görünməsə də, pərdəarxası bir qəhrəmana, personaya çevrilib.
Reportaj.tv xəbər verir ki, “facebook”da iş adamının müğənni Şəbnəm Tovuzlu üçün uşaq bağçası açdırdığını da yazmışdılar.
Bir müddət əvvəl R.Mirzəyevin Ş.Tovuzlu üçün hündürmərtəbəli bina tikdirdiyi xəbərləri yayılmışdı.
Mərdanov qardaşları ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan binanın 2-ci mərtəbəsində “Şəbnəm” uşaq bağçası fəaliyyət göstərəcək.
Hacının müğəniyyə hədiyyə etdiyi binada “SPA” mərkəzi, restoranlar, fitnes klub, marketlər və s. xidmətlər də olacağı nəzərdə tutulub.
R.Mirzəyev elektron mətbuatda sürətlə populyarlaşdı. Onun adı Şəbnəm Tovuzlu ilə çıxsa da, sonra başqa faktlar da meydana gəldi.
Onun Ramiz Mehdiyevlə necə şərik olub tender kralına çevrilməsi haqda da informasiya yayılıb. İddia olunur ki, Hacı Ramazan sahibi olduğu "İnpeks N" MMC xətti ilə bu gün də Ramiz Mehdiyevin xidmətindədir...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Reportaj.tv