Ölkədə un istehsalçısı olan “Karmen” şirkəti bir həftədir ki, unun satışını dayandırıb.
Millitv.az xəbər verir ki, bu barədə Dünyanınsəsi.Az-a un satışı ilə məşğul olan Gəncəbasarlı sahibkarlar deyib.
Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ilə bağlıdır.
Dünyanınsəsi.Az-ın əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə qura bilməyib..
Amma unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığını əksər sahibkarlar tərəfindən də təsdiqlənib.
Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub.
Redaksiya olaraq “Karmen” şirkətinin də mövqeyini dərc edə bilərik.