Ölkədə un istehsalçısı olan əksər müəssisələr dünəndən etibarən unun satışını dayandırıb.
Millitv.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya un satışı ilə məşğul olan sahibkarlar deyib.
Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ələ bağlıdır.
Gununsesi.info-nun əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə saxlayıb.
Şirkətdən unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığı təsdiqlənib.
Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub.