Axtarış...

Azərbaycanda çörək bahalaşdı

Azərbaycanda çörək bahalaşdı


Azərbaycanda pərakəndə satış obyektlərində çörəyin qiyməti bahalaşıb.

Çörəyin qiyməti fərqli satış məntəqələrində 10-15 qəpik artıb.

500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik olub. Maraqlıdır ki, qiymət bəzi yerlərdə artsa da, bəzilərində dəyişməyib. Satıcılar bunu paylayıcı şirkətlərin qiymətləri sabah səhərdən artıracağı ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu gün iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət etmişdi. Onlar hesablamalarına əsasən, 50 kq-lıq bir kisə unun topdan satış qiymətinin 36 manatadək arta biləcəyini bildirmişdilər. Bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunurdu.
Text-to-Speech

DİNLƏ






Şərh yaz