Əxlaq dedikdə insanın bütün xüsusiyyətləri və adət etdiyi vərdişlər nəzərdə tutulur. İnsan bu xüsusiyyət və vərdişlərin təsiri ilə yaxşı və ya pis davranışlar sərgiləyə bilər. Bir anlayış olaraq əxlaq və ya davranışın həm müsbət, həm də mənfi tərəfləri var. Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir.
Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.
Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.
Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin qeyd etdiyiniz kimi, təəsüflər olsun ki, hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “masaj salonları”, “sağlamlıq mərkəzi” və sair adlar altında kamuflaj olunurlar. Bəli belə bir ünvan da Goranboy rayon ərazisində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, 23/07/2022-ci il tarixdə Goranboy rayon ərazisində ki, “Elcan İstirahət mərkəzi Səringöl” adı altında pərdələnərək müştərilərə masaj və intim xidmət təklif edilən ünvanda olduq. Müştəri qismində aparılan söhbət zamanı həmin obyektdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olan beş “xanım” 20 manata masaj edirik və istəsən görüşürük deməsi həmin obyektin mahiyyət etibarilə əxlaqsızlıq ünvanı olduğunu sübut edir. Bu obyektin “qaranlıq fəaliyyəti” ilə bağlı daxil olan digər məlumatlarda o da qeyd olunur ki, Aynur adlı qadına məxsus obyektdə gündəlik əmək intizamının tələbləri də pozulur. Yəni, burada çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, bu da birbaşa əmək intizamının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan başqa “Səringöl” istirahət mərkəzinin fəaliyyətini Təsəvvür etmək o qədərdə çətin deyil. Təsəvvür edin ki, Masaj otağında yarı çılpaq qadın bəyi masaj edir təsəvvür etdiniz? Sanki odla pambığı bir yerə qoymusan, özüdə nə az nə şox düz beş “xanımın” çalışdığı masaj salonunda vay babam vay alan kim satan kim. Bəli Aynur xanıma məxsus bu obyekdə milli mənəvi əxlaqımız taptaq altına atılır, gənclərimizin həyatı isə məhvə sürüklənir. Bəs görəsən cavabdeh qurumlar bu vəziyyətə niyə göz yumurlar? Mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa, nədənsə rayon polis şöbəsidə, biganə yanaşır. Heç şübhəsiz ki, bu əxlaqsızlıq yuvasının maneəsiz fəaliyyət göstərməsi
Gənclərin əxlaqına mənfi sirayət etməklə yanaşı ailələrin dağılmasına da, səbə olur. Ümid edirik ki, təqdim etdiyimiz bu faktlardan dərhal sonra rayon polis şöbəsi sözü gedən obyektin qanunsuz fəaliyyətinə son qoyacaq.
Qarşı: tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzunu diqqətdə saxlayacayıq.
TuranTv.Az