Axtarış...

Dəhşətli qisas

Dəhşətli qisas

2010-cu ildə lvovda inanılmaz və eşidənləri dəhşətə gətirən hadisələr baş verdi. Bir-birinin ardınca gerçəkləşən qanlı olaylar 16 yaşlı bir qızın qorxunc şəklə salınmış meyidinin tapılması ilə başladı. Qız dəfələrlə zorlanmış, dəhşətli işgəncələrə məruz qalmış, sonra boqularaq öldürülmüşdü. Onun bədənində söndürülmüz siqaret izlərindən tutmuş, möhkəm döyülmədən sonra qalan qançırlarla qədər dərin yaralar vardı. Tezliklə adı Yulya olan bu qızın qatilləri tapıldı. Bunlardan biri MTN-nin yüksək vəzifəli generalının, digəri şəhər prokurorunun oglu, üç gənc isə şəhərdəki ən iri şirkət sahiblərinin övladları idi. Məhkəmə onların beşinə də bəraət verdi. İnstintaq qızın intihar etməsi barədə rəy verdi və beləliklə iş qapadıldı. Guya onu döyən atası olub və Yulya da bundan əsəbiləşərək özünə qəsd edib. Hakimin qərarını eşidən qızın anası elə məhkəmə zalında aglını itirdi və psixi xəstəxanada canını tapşırdı. Arvadının öümündən sonra kişi işkiyə qurşanaraq özünə qapandı.
Bu hadisənin üstündən 2 ay keçəndən sonra şəhər dəhşətli cinayət xəbəri ilə səhəri açdı. Prokuror oglu, atasının bag evində 2 muhafizəçisi ilə birgə öldürülmüşdü. Oglanın cəsədi evdə, iki cangüdəninin cansız bədənləri isə bagın ortasında tapıldı. Muhafizəçilərin silahları boş idi. Mərmilərin gilizləri isə ətrafa səpələnmişdi. Onların hər ikisi xəncərlə qətlə yetirilmişdi. Oglan isə işgəncə ilə öldürülmüşdü, onun bogazını tikanlı məftillə dolayıb zaldakı böyük və büllur cilcıraqdan asmışdılar. Meyidin sinəsinə qanla " Qisasım amansız olacaq-Yulya" yazılmışdı. Bir neçə gün sonra qızın ölümündə əli olan, varlı sahibkar ogullları olan digər 3 gənc də bir gecədə amansızlıqla qətlə yetirildilər. Onları da cangüdənlər qoruya bilməmişdi. Bütün mühafizəçilər xəncər ilə öldürülmüşdü. Onların silahdan açdlqları heç bir atəş hədəfə dəyməmişdi. Bu cinayət hadisələrini araşdıran müstəntiqlər əvvəlcə qızın atasından şübhələndilər. Lakin onun ölüm hadisələrinin baş verdiyi gecələr içki məclisində oldugu və sərxos halda döşəmədə yıxılıb qaldıgı qonşular tərəfindən təsdiqləndi. Həm də daim sərxoş olan birinin silahlı, peşakar idmançılar olan cangüdənləri aradan götürüb hədəfə yetişməsi mümkün deyildi. Bu hadisələrdən qorxuya düşən MTN genaralı oglunu qorumaq üçün yüksək hazırlıq keçmiş agentləri işə cəlb etdi. Lakin bütün bunların heç bir xeyri olmadı. Onların hamısı aradan götürülmüş, generalın oqlu isə
xüsusi amansızlıqla məhv edilmişdi. Onun ürəyini kəsib götürmüşdülər. Bu dəhşətli hadisələri araşdırmaq üçün tanınmış ekstranselərdən və
mediumlardan ibarət qrup da Lvova ezam olundu. Cəsədləri görəndə qrup üzvləri hiss etdi ki. bunları adi biri deyil, başqa bir qeyri-adi güc öldürüb. Yulyanın məzarının açılmasına qərar verildi. Tabutun qapagını açanda isə hamı şoka düşdü. Qız sanki 2 ay bundan əvvəl deyil, dünən dəfn olunmuşdu. Bədənində, üzündə olan işgəncə izlərindən də əsər -əlamət yox idi. Onun bir əlində qanlı ürək, digər əlində qanlı xəncər var idi. Bu hadisə barədə o zaman təkcə REN tv kanalına veriliş hazırlamaq üçün icazə verildi. Lakin çəkilş vaxtı qəribə hadisələr baş verdi. Gah aparatlar xarab olur, gah da çəkilən kadrlar boş görünürdü. Çəkiliş qrupu şahidlər və yerli camaatdan kiçik müsahibələr almaqla kifayətlənməli oldu. Məsələ bununla da qapadıldı. Hamını dəhşətə gətirən bu idi ki, qız öləndən sonra geri dönüb təkcə qatillərindən intiqam almaqla kifayətlənməmiş , valideynlərinin də qisasını almışdı.


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz