Axtarış...

"Xudayarın ən böyük ARZUSU özünə TOY ETMƏK idi"- ANASI DANIŞDI


MilliTV.az

Hər birimizin qəlbində özünəməxsus yer tapan Vətən fədaisi, şəhid Xudayar Yusifzadənin özündən geri qalan xatirələri hər kəsi kövrəldir.

Şəhidimizin anası Radə xanım Qurbanova Sonxeber.az-a danışıb:

"Xudayar 24 günlük olanda atasını itirib. Mən ona həm ata, həm ana olmuşam. Xudayar ağıllı, dərrakəli uşaq olub. Ağcabədidə keçirilən muğam müsaqibəsində birinci yerə çıxıb. Buna baxmayaraq bu sənəti davam etdirməyib, hərbiyə marağı olduğu üçün hərbçi olmaq istəyib. Hərbi forma geyinməyi çox istəyirdi. Hətta əlifba bayramı olanda da hərbi forma geyinmişdi.

Evimiz 2017- ci ildə qısaqapanmadan yanmışdı. Həmin ildən bəri kirayədə qalırıq. Onun ən böyük arzusu arzusu ev tikdirib, evlənmək, özünə toy etmək idi. Bizə sevdiyi qızın olduğunu demirdi, amma fikrindən başa düşürdük ki, ürəyində kimsə var deyə belə deyir.

Hərbiyə getməyini bizdən gizlədib. Onun boyuna, igidliyiinə necə qalib gələ bildilər?! İnanmaq olmur. Adama elə gəlir ki, elə bil yuxudasan, nə vaxt görüşəcəksən. Bunu ancaq şəhid anaları başa düşə bilər.

Şəhidlər xiyabanında gördüm ki, 1992- ci ildə övladları şəhid olan analar onların torpağını sevinərək öpürdülər ki, qanınız yerdə qalmadı".
Text-to-Speech

DİNLƏ






Şərh yaz