Şəmkir rayon səhiyyəsinin vəziyyətinə keçməzdən öncə rayona rəhbərlik edən şəxslərin, yəni icra başçılarının fəaliyyətinə nəzər salaq. Sual oluna bilər ki, nə üçün..?
Tam səmimi demək lazımdır ki, rayonlarımızın vəziyyəti icra başçılarından asılıdır. Çünki rayondakı idarə rəhbərləri, o cümlədən səhiyyə qurumlarının baş həkimləri icra başçısının bir sözünü iki edə bilmir.
Bəli, əsas problem budur.
Belə ki, 8 il Şəmkir rayonuna rəhbərlik edən Alimpaşa Məmmədov ən ağır cinayətlərdə ittiham olunur və hazırda həbsxana həyatı yaşayır.
Atalar demişkən, Ağası Alimpaşa olanın...Baş həkimi Elçin olar
Yaxşı Alimpaşa getdi həbsxanaya. Görək onu əvəz edən Rəşad Tağıyev kimdir..?
Bu adam 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Media üzərindən xırda bir araşdırma aparası olsaq bu adamın təhsilimizin başına açdığı oyunları görə bilərik.
Mətbuatın yazdığına görə bu adam təhsildə ən böyük problemlər yaradıb. İndi Şəmkirin icra başçısı olandan sonra bütün kadrları Bakıdan aparır. Adamdan soruşan yoxdur ki, o boyda Şəmkirdə bir kadr tapılmır..?
Sözün qısası, bunları yazmaqda məqsədimiz odur ki, rayonun icra başçısı rayona necə rəhbərlik edirsə, digər idarə müdirləri də bununla barışmağa məcburdur.
İndi isə keçək Şəmkir səhiyyəsinin acınacaqlı durumuna.
Yenə ortaya problem çıxır.
Biz həmişə görmüşük ki, rayonlarda mərkəzi xəstəxanaların baş həkimi olub.
Son illər Allah qoymasa, Səhiyyə Nazirliyi, nə bilim TƏBİB-zad və üstəlik PUBLİK HÜQUQİ ŞƏXS...
Bu nə olan şeydir hələ də başa düşən yoxdur.
Deməli, Rayon Mərkəzi Xəstəxanalarının həm DİREKTORU olur, həm də BAŞ HƏKİMİ.
Rayon səhiyyəsi qalır bu iki şəxsin arasında, arxadan da icra başçısı təzyiq edir.
Özünüz düşünün, belə olan halda rayonlarda hansı səhiyyədən, hansı yüksək tibbi xidmətdən danışmaq olar..?
Yəni problemin kökünü izah etməyə çalışdıq.
Bəli, Şəmkir səhiyyəsinə son 10 ildə kimlər rəhbərlik etməyib..?
Məlumat üçün qeyd edək ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Təkcə ötən il rayonda 11 xəstəxana, 1 polikilinka, 32 həkim məntəqəsi və mərkəzi xəstəxananın bir neçə şöbəsi əsaslı təmir olunub. Bu il isə Dövlət proqramı çərçivəsində Kür qəsəbə xəstəxanası və 3 kəndin tibb məntəqəsi yenidən qurulub.
İndi gördünüzmü, adi Şəmkir Mərkəzi Xəstəxanası deyiləndə göz önünə onlarla tibbi müəssisə, yüzlərlə həkim personalı gəlir.
Uzun illər Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi olan Nurəddin Əhmədov buranı rüşvət və korrupsiya yuvasına çevirmişdi.
Xəstəxanada nə qədər ölü canlar var idi.
Biz hələ rayondakı Təcili Tibbi Yardım Stansiyasında ( Baş həkim Ayaz Orucov ) baş verən maxinasiyalardan, dövlət vəsaitinin mənimsənilməsindən danışmaq istəmirik.
Sonra Nurəddin Əhmədov vəzifəsindən getdi və Emin İsmayılov Mərkəzi Xəstəxana direktor təyin edildi.
Nəsə dəyişdimi..?
Çünki yeni baş həkim Elçin Əliyev heç direktor Emin İsmayılovu da saymır.
Bəli, baş həkim Elçin Əliyev şəkər xəstələri və digər xəstələrə dövlət tərəfindən verilən aylıq dərmanları satır.
Baş həkim Elçinin Əliyevin həyat yoldaşı orta məktəb müəlliməsi olmasına baxmayaraq adı xəstəxana işçisi kimi yazılırdı, 7 il işə gəlmədi və ona maaş yazıldı. İndi də adı həm xəstəxananın kadrlar şöbəsində baş İnspektor kimi, həm də covidlə mübarizədə işçi kimi gedir. Çox guman ki, onu da kadrlar şöbəsinə müdir kimi təyin edəcək.
Elçin Əliyev vaxtilə baş həkimin müavini olarkən Şəmkirdə saxta əlillik satmağın əsasını qoyub, anası Ermənistanın məşhur ayağısürüşkəni olan Əmirxanın sağ əli olub.
Elçin Əliyev kimin böyrəyi ağrıyırsa, 1 ay müddətində ona əlillik dərəcəsi verib "pensiya"ya çıxardır.
Elçin Əliyev Təcili yardım maşınlarına ayrılnan yanacağın kartını öz cibində gəzdirib özü üçün istifadə edir.
Şəmkirdə icbari tibbi sığortadan danışmağa dəyməz.
İstər müalicə işi, istər müayinə işi, istərsə də, analiz işi olsun fərq etmir, hamısı pulludur.
Elçin Əliyev qardaşı stomatoloq Vüqar Əliyevə xəstəxanada lüks şərait yaradıb.
Hansı ki, Vüqar Əliyev hərbi xidmətdən yayınıb.
Elçin Əliyev covid pandemiyası üçün dövlətin ayırdığı pulları qohumlarına paylayıb.
Bu siyahını az qala sonsuza qədər davam etdirmək olar.
Bəli, gecələr xəstəxana daxilində dəfələrlə eyş işrət məclisləri qurulub və 2020-ci ilin payızında xəstəxanadan kef məclisindən gedərkən Çinarlı kəndində təxminən gecə saat 1-2 radələrində Əliyev Elçinin Toyota prado markalı maşınında içərisində xəstəxananın qadın həkimlərdindən 2 nəfəri də daxil olmaqla içkili və sərxoş vəziyyətdə avtoqəza keçirdilər və bundan bütün rayon ictimayyəti xəbərdar oldu.
Amma, nə olsun..? Nəsə dəyişdimi..?
Yeri gəlmişkən, mediada yayılan məlumtdan bəlli olur ki, mərkəzi xəstəxananın bir neçə həkimi və baş həkimi müharibədən yayınıblar, yəni "dezertirdirlər".
İndi özünüz düşünün, Elçin Əliyev getsə, nəsə dəyişəcəkmi..? Məntiqlə yox. Təzə gələn də yeni icra başçısı Rəşad Tağıyevin əmrlərini yerinə yetirəcək.
Görəsən bu boyda cinayət əməllərini TƏBİB-in rəhbərliyi görmür..?
Axı, 3-4 ildə neçə dəfə baş həkim dəyişərlər?
İşin keyfiyyətini dəyişmək lazımdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//