Axtarış...

Alimpaşa Məmmədovdan TƏHSİLƏ ZƏRBƏ: - Hələ də kirillə yazan necə müdir oldu?

Alimpaşa Məmmədovdan TƏHSİLƏ ZƏRBƏ: - Hələ də kirillə yazan necə müdir oldu?
Şəmkir Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev təyin edilib.

Maraqlısı isə budur ki, Təhsil Şöbəsinə müdir təyin olunan Qüdrət Əliyevin heç bir pedoqoji təcrübəsi yoxdur. Pedoqoji təcrübəsinin olmaması ilə yanaşı hələ də əl yazısı yazarkən, kiril əlifbasından istifadə etdiyi söylənilir. Təbii ki, bu kadr dəyişikliyinin arxasında Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun əli var. Zaman-zaman mətbuatda da, Alimpaşa Məmmədovun məktəblərə müdaxilə etdiyi işıq üzü görüb. İcra başçısı təhsil müəssələrində yerli-yersiz yoxlamalar edərək, pul tələb etdiyi də iddia olunub. Son olaraq hər məktəb direktorundan 1500-2000 manat pul alındığı deyilir. Şəmkir rayonunda 79 məktəbin olduğunu nəzərə aldıqda, təkcə məktəblərdən Alimpaşa Məmmədovun nə qədər pul aldığı məlum olur.

Bu kadr təyinatı ilə Alimpaşa Məmmədovun təhsil müəssələrini tamamilə ələ keçirərək, istədiyi kimi davranacaq. Alimpaşa Məmmədovun öz adamını Təhsil Şöbəsinin rəhbər gətirməsi Şəmkir təhsilinin başını qara buludlar alacağı anlamına gəlir.

Qeyd edək ki, Qüdrət Əliyev sabah kollektivə təqdim olunacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz