Məlum olduğu kimi, bu gün səhər saatlarında Şəmkir rayon İcra Hakimiyyətində həbslər aparıldığı bildirilir. Xəbərlərə görə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Rayondakı mənbələr isə deyirlər ki, Alimpaşa Məmmədov saxlanılmayıb, amma hazırda otağında "qara maskalılar" tərəfindən dindirilir. İcra Hakimiyyətinin binasında əməliyyat hazırda davam edir, binaya giriş-çıxış bağlıldır.
Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbə iddia edir ki, Alimpaşa Məmmədov həqiqətən həbs edilib və növbəti həbs də gözlənilir.
Mənbənin dia.az-a söylədikləri:
"Eyni həbslər Qusarda da həyata keçiriləcək. Şair Alxasov da Alimpaşa Məmmədovun yolu ilə hərəkət edib və yaxın vaxtlarda onun da "səsi çıxacaq". Artıq Qusarla bağlı müəyyən hərəkətələnmələr var..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...