"Şəmkirdə vəziyyət gərgindir və icra başçısı Alimpaşa Məmmədov barəsində hər an həbs qərarı verilə bilər". Bu barədə DİA.AZ-a rayondakı mənbələr informasiya verib. Xəbəri verən qaynaq idia edir ki, artıq həbs olunacağı ehtimallarının yüksək olduğun qənaətinə gələn icr başçısı Alimpaşa Məmmədov "ehtiyat tədbirləri"nə əl atıb.
Mənbənin dia.az-a söylədikləri: "Rayon elə bil ki fövqəladə vəziyyət rejimindədir. Alimpaşa Məmmədova yaxın şəxslər narahatlıqla başçının tədarükündən danışırlar və bildirirlər ki, Alimpaşa Məmmədovu da həbs edəcəklər. Ona görə də icra başçısına aid olan bütün obyektlər açıq şəkildə satışa çıxarılıb. Dəyər-dəyməzinə satılır. Şəmkirdə Alimpaşa Məmmədova birbaşa aid olan 8 iri obyekt var ki, onların hamısı satışa çıxarılıb".
Mənbə iddia edir ki, yaxın günlərdə başçı ilə bağlı qərar rəsmən elan oluna bilər: "Onun həbsi daha çox ehtimal olunur. Ən yaxşı halda vəzifədən alınacaq... Sakit şəkildə..."
Qeyd edək ki, Alimpaşa Məmmədov keçmiş Vergilər Naziri Fazil Məmmədovun yaxın kadrıdır.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.