Axtarış...

“Alimpaşa Məmmədovun dəstəsi bu gün də Şəmkirdə talanla məşğuldur” - sahibkardan ittiham

“Alimpaşa Məmmədovun dəstəsi bu gün də Şəmkirdə talanla məşğuldur” - sahibkardan ittiham
Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var. 2018-ci ildən bu yana onun Şəmkirdəki cinayətkar fəaliyyəti haqda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çoxsaylı şikayətlər yazmışam. Məni onun işi üzrə zərərçəkmiş qismində tanıyıblar. Bu gün onun vəzifələrini Fəxrəddin müəllim icra edir. Faktiki isə rayonu Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev idarə edir. Onu da himayə edən Orxan Mürsəlovdur. Bu adam Alimpaşa Məmmədovdan Qüdrət Əliyevin əli ilə hər ay ”haqq" alıb. Ona görə də bu gün də onların cinayətlərinin üstünün açılmasına mane olurlar".

Bu sözləri Şəmkir sakini Sakit İsmayılov deyib. O, “Yeni Müsavat”a bildirib ki, Alimpaşa Məmmədov tutulsa da, Şəmkir faktiki olaraq onun komandasının nəzarətindən çıxmayıb: “Onun müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva heç zaman iş yerində tapılmır. Alimpaşa Məmmədov başçı vəzifəsində olduğu dönəmdə Şəmkirdəki bağçalarda uşaqlara nə yemək verilir, nə içmək verilirdi. Bu gün də həmin eyni qaydadır. Müəllimələr, baxıcılar öz ciblərindən ”poroşok" alır qab, paltar yumağa. Dəfələrlə icra hakimiyyətinə gedib Aynur xanımla danışmaq istəmişəm ki, bu nə məsələdir. Amma işdə tapılmır. Bu adam işə gəlmir. Bu gün də rayonda bütün idarə və təşkilatların işi Alimpaşa Məmmədovun nəzarəti altındadır. Qüdrət Əliyev onun sağ əli olmaqla, Orxan Mürsəlovdan gələn tapşırıqları yerinə yetirir ki, əvvəlki cinayətlərini ört-basdır etsinlər. Ona görə də başçını əvəz edən Fəxrəddin müəllimin işini iflic ediblər, onu Orxan Mürsəlova görə sayan yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev və Aynur Abdullayeva onun göstərişləri ilə işləyirlər. Onların əlbir olub törətdiyi cinayətlər haqda yazdığım şikayətlərin bir çoxu bu gün cinayət işinin materiallarına əlavə edilib. Bu adamların Şəmkirdəki torpaq maxinasiyalarını bilməyən yoxdur. Onlar mənim torpağımı da ələ keçirib Gəncədə işləyən Dilqəm adlı vəzifəliyə satıblar. Dilqəm keçmiş polis polkovnikidir, Gəncədə pasport masasının rəisi idi. Onun burada böyük obyektləri, yeməkxanası, restoranı var. Gəncədən yığdığı pullarla Dağıstanın Məhərrəmli kəndində 10 hektar torpaq alıb. Bələdiyyə sədri Vüqarla həmin 10 hektarda parnik əkirlər. Alimpaşa Məmmədovun Şəmkirdə satmadığı yer qalmayıb. Onun da, bələdiyyə sədri Vüqarın da yaxınlarının, ailə üzvlərinin adına xeyli torpaq, mülk var. Alimpaşa Məmmədov mənim torpağımı 250 min manata satıb, bu gün də onun dəstəsi Şəmkirdə talanla məşğuldur".

Şikayətçi deyir ki, Alimpaşa Məmmədov vəzifədə olduğu zaman 2 dəfə onunla görüşüb: “Deyirdi ki, məndən şikayət yazma, gəl dost olaq. Dedim, adam cinayətkarla dost olar? Mən Baş Prokurorluğa da dəfələrlə şikayət etmişəm. Şəmkirdə Alimpaşa Məmmədovun dəstə üzvlərinin də, Orxan Mürsəlovun da həbsini istəmişəm. Bu adamlar azadlıqda qalmaqla Alimpaşa Məmmədovun cinayətlərini ört-basdır edir, yeni-yeni cinayətlər törədirlər. Bu işlərə Orxan Mürsəlov rəhbərlik edir. O, Qərb bölgəsinin kuratoru olsa da, faktiki olaraq Qərb bölgəsində baş verən cinayətləri ört-basdır edən biri kimi ad çıxarıb. Çünki bunlar əlbirdilər”.

Rubrika.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz