Uzun illər ərzində İsmayıllı rayonu üçün dövlət büdcəsindən milyonlarla pul ayrılıb ki,rayonda enerji verlişi sahəsində olan problemlər aradan qaldırılsın.Ancaq təəssüf hissi ilə qeyd edirəm ki,bu maliyyə vəsaitləri ayrı -ayrı məmurlar və idarə rəisləri tərəfindən mənimsənilib.
Bu barədə "ŞİMAL REGİON" məlumat yayıb.
Mənbə daha sonra bildirir: "Əgər belə olmasaydı bu gün rayonda enerji sahəsində problemlər olmazdı.Ötən illər ərzində rayonda və kənd qəsəbələrdə enerji sahəsində vəziyyət həddindən artıq pisləşib.Rayon daxil olmaqla bütün kənd və qəsəbələrdə azacıq meh əsən kimi işıqlar sönür,yağış yağan kimi işıqlar sönür.Bir sözlə vəziyyət kritik həddədir.Ancaq İsmayıllıda enerji idarəsində kimlər ki,rəis işləyiblər hamısının milyonlarla ölçülən daşınmaz əmlakı və bir sözlə hər şeyi var.Yaxşı sual olunur rayon rəhbərliyi, prokurorluğu hara baxır?Niyə tədbir görülmür?
Yəqin onların da aylıq haqqı çatır buna görə.Hər halda bu videogörüntünü izləyəndə əsl həqiqət üzə çıxır.Bəli,bu sahədə korrupsiya mövcud olub və davam edir.Məgər rayona yeni transformator alınması üçün yüz dəfələrlə pul ayrılmayıb?Əlbətdə ayrılıb.Bəs bu nə mənzərədir? Çünki bu gün Salyan rayonundan bura rəis gətirilmiş Ruhin Məmmədovu yalnız pul maraqlandırır.Məşhur Hindistan filmində deyildiyi kimi "ŞAKAYA PUL LAZIMDIR"
Araşdırma davam edir bizi izləyin".