Axtarış...

Deputat qəbul keçirən zaman işıqlar söndü


MilliTV.az

Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov ötən gün axşam saatlarında qəbul keçirib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu barədə deputat özü bildirib.

Onun sözlərinə görə, qəbul zamanı elektrik enerjisinin verilişi kəsilib.

Beləliklə, qəbulu axşam saatlarına təyin edən B.Məhərrəmov işıqların sönməsinə baxmayaraq görüşü davam etdirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Biləsuvar şəhəri ərazisində elektrik enerjisinin verilişi 15 dəqiqəyə yaxın kəsilib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonda elektrik enerjisinin kəsilməsinə səbəb "Azərenerji" ASC-nin ərazidən keçən xəttində baş vermiş nasazlıq olub. Nasazlıq nəticəsində rayon mərkəzi və bir neçə kənddə elektrik enerjisinin verilişində 10-15 dəqiqəlik fasilə yaranıb və problem Biləsuvar Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ( RETSI) əməkdaşları tərəfindən qısa zamanda aradan qaldırılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz