Axtarış...

İsmayılı sakinləri NƏDƏN NARAZIDIR? - MÜRACİƏT

İsmayılı sakinləri NƏDƏN NARAZIDIR? - MÜRACİƏT

İsmayıllı rayonu üçün uzun illər ayrılan milyonlar hər kəsə aydındır ki, rayon rəhbərliyi və qeyd edilən təşkilatlar tərəfindən mənimsənilib.
Sabiq icra başçısı Nizami Ələkbərov, daha sonra Mirdamət Sadıqov və arzuolunmaz komandası tərəfindən böyük mənimsəmələrə yol verilib. Sirr deyil ki, qeyd olunan dövrlərdə polis rəisinin, prokurorluq və sair orqanların da aylıq haqqı olub. Yəni aylıq rüşvət müqabilində rayonda baş verən qanunsuzluqları ört-basdır ediblər. Nə isə, haram xoşları olsun.
İsmayıllı telekommunikasiya qovşağında yenidən qurma, işlərinin aparılması üçün, rayonda telefon xəttləri və internetin inkişafı üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Ancaq həmin vəsaitlər məsələn sabiq müdir Elxan Əliyev və sairlərinin villa tikintisi üçün sərf olunub. Nə isə, salamat istifadə etməsinlər.

Hazırda İsmayıllıda İnternet və telefon xəttlərinin vəziyyəti olduqca bərbad vəziyyətdədir. Bu idarədəki özbaşınalıq, rüşvət imkan vermir ki, rayonda qeyd olunan sahədə hansısa irəliləyişə nail olunsun. Hazırki müdir Elmar Nəcəfov yalnız yağlı vədlər verməklə insanların narazılığının qarşısını almağa çalışır. Artıq qeyd edilən idarə 28 5-44-99 nömrəli telefon da zənglərə cavab vermir, yaxud abonenti borclu çıxarır. Hər ay telefon pulu vaxtı çatan kimi dərhal xətt bağlanır. Ancaq pul ödəyirsən sənin internetinin, telefonunun işləyib-işləməməsi heç kimi maraqlandırmır. Nəticədə, sənin insanlıq və istehlakçılıq hüququn pozulur. Bu idarədə işləyən şəxslərin böyük əksəriyyətinin yaxın qohum olduqları bildirilir. Məsələn ər-arvad, ata-oğul+gəlin və sair. Bu haqda növbəti yazılarımızda toxunacağıq.
Bəli, İsmayıllıda bu sahə korrupsiya içərisindədir. Hazırki müdir Elmar Nəcəfov yerində olmayan kadrdır.
Çox təəssüflə qeyd etmək istəyirəm ki, rayon hüquq-mühafizə orqanları əsas da rayon prokurorluğu istənilən hüquq pozuntusunu görməməzlikdən gəlir. Deyirəm pul hər şeyi həll edir.Bu qədər həbs edirlər, yenə də rüşvət almaq yollarından əl çəkmirlər ki, çəkmirlər.
İsmayıllı telekommunikasiya qovşağında baş verən qanunsuzluqlar barədə yeni məlumatlar əldə etmişik. Bizi izləməyə davam edin.

Elçin İsmayıllı //azinfo.tv//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz