Axtarış...

İsmayıllıda səhiyyə sistemi dizini yerə atıb... - İTTİHAM

İsmayıllıda səhiyyə sistemi dizini yerə atıb... - İTTİHAM
İki gün öncə səhiyyə naziri Oqtay Şirəliyev tutduğu vəzifəsindən azad olundu.Sabiq nazirin zamanında onsuzda çətin durumda olan səhiyyəmiz daha da çökdürüldü.

Yəqin ki,cənab Oqtay Şirəliyev daha günün tələblərinə cavab verə bilmədiyinə görə vəzifəsindən kənarlaşdırıldı.Yeni təyinatlarla eyni zamanda insanlarda azacıq da olsa sabaha ümid yaratmaq lazımdır ki,bunu da şanli hökumətimiz ustalıqla həyata keçirir.Onsuz da hər kəsə aydındır ki,məmləkətimizdə su lap yuxarı başdan bulanır və siyasi iradə inkişafa,proqressə,xalqın xoş güzəranina deyil,yalnız ailə hakimiyyətinin güclənməsinə xidmət edir.Görülən bütün işləri isə xalqın gözünə inkişaf kimi dürtmələyirlər,özü də çirkinlikləri də yaxşı kimi.

Ismayıllı səhiyyəsinin biabırçı durumu

İsmayıllı səhiyyəsinin direktoru Vidadi Rəhimov bu vəzifəyə gəlmək üçün uzun illərdir ki,çalışır və dəridən,qabiqdan çıxıb.Bəli hörmətli direktor bu posta insanlara xidmət üçün gəlməyib,əvvəla koryera qazanmaq,daha sonra isə varlanmaq eşqi ilə.Hər halda belə olmasaydı rayon səhiyyəsi haqqında bunca narazılıqlar olmazdı.Əvvəla rayon səhiyyəsində işləyən bacarıqlı həkimlərin rayon səhiyyəsindən üz döndərib getməsinə görə şəxsən Vidadi Rəhimov cavabdehdir.Üstəgəl səhiyyədəki özbaşnalıq,rüşvət hallarının hələ də qalması hörmətli direktorun şəxsi istəyi ilə davam edir.Əgər dövlətimiz məcburi icbari sığortaya keçibsə bəs bu qeyri leqal yollarla yığılan vəsaitlər hara,kimin cibinə axır?Hələ də doğum şöbəsi,uzi,labaratoriya,cərrahiyə və sairlərdə pasiyentlərdən pul tələb olunur.İşçilər açıqca etiraf edirlər ki,pulu yığıb direktora təhvil verirlər.

Dövlətin ankaloji,şəkər,qara ciyər serrozu xəstələrinə ayırdığı dərmanlar niyə xəstələrə verilmir?

Rayon ərazisində qeydiyyatdan keçmiş onlarla ankaloji,şəkər,qara ciyər serrozundan əziyyət çəkən xəstələrin olmasına baxmayaraq,qeyd edilən xəstələrə dövlətin ayırdığı dərman pereparatları verilmir,verilən bir qisim də yari-yarımçıq verilir.Ancaq istənilən dərmanları rayon ərazisində fəaliyyət göstərən apteklərdən ala bilərsiniz.Qara ciyər serrozundan əziyyət çəkən xəstələr üçün həftədə bir dəfə olmaqla ayda dörd ədəd 20% liq albumin sistemi köçürülməlidir.Hansı ki,bu sistemlər apteklərdə 76-117 azn arası satılır.Yaxşı bu qədər bahalı sistemləri xəstə necə alsın?Deməli ölməlidir?Bəs belə çixmirmi ki,direktor Vidadi Rəhimov xəstələrin öldürülməsinə xidmət edir.Yəqin ölü sayını artırmaqla,karona xəstəsi kimi rəsmiləşdirmək istəyir.Rayon xəstəxanası infeksion xəstəlikləri şöbəsinin müdiri Fikrət həkim deyir ki,bu dərmanlarla bağli biz tələbnamə vermişik.Nə problem varsa rəhbərlikdədir.Direktor isə deyir ki,dövlət dərman vermir.Yaxşı dövlətə inanaq,yoxsa Vidadi Rəhimova?Belə açıqlamalarla baş aldadan adama yalnız çoban demək olar.Görün bunlar nə qədər məsuliyyətsizdirlər ki,insan taleyi haqqında düşünmürlər.Fikirləşmirlər ki,baş verə biləcək bədbəxt hadisədən sonra xəstə sahibləri bir gün mütləq bunların xırtdəyindən yapışacaq.Hazırda Vidadi Rəhimovun bıçağinin dalı da,qabaği da kəsir.Ancaq yəqin ki,bir gün etdiklərinə görə cavab verməli olacaq.Məsələni diqqətdə saxlayacağiq.Sonda bizimlə əməkdaşlıq edən səhiyyə əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.Rayon səhiyyəsi ilə bağlı araşdırmalarımız davam edir.Bizi izləməkdə davam edin.

Jurnalist Elçin İsmayıllı. //teref.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz