Sosial şəbəkələrdə “AZAL”ın Bakı-Naxçıvan uçuşunu 10 manat bahalaşdırıb, 60 manat etməsi ciddi müzakirələrə səbəb olub.
Millitv.az AzToday.az-a istinadla xəbər verir ki, qiymət artımı səbəbindən AZAL şefi Cahangir Əsgərovun sərt tənqidlərə tuş gəlib.
İqtisadçı alim Qubad İbadoğlu Bakı-Naxçıvan uçuşunda biletlərin bahalaşmasına münasibət bildirib:
“2021-ci ildə dövlət büdcəsinə 23.9 milyon manat vergi ödəyib, həmin ilin büdcəsindən 225.9 milyon manat vəsait götürərək büdcəyə 202 milyon manat yük olan, hüquqi aktların tələblərinə əsasən 01 marta kimi Hesablama Palatasına hesabat təqdim etməlii olsa da, 01 may 2021-ci il tarixinə qədər bunu etməyən 13 dövlət orqanından biri olan “AZAL” Bakı-Naxçıvan uçuşunu 10 manat bahalaşdırıb, 60 manat edib.
Görünür ki, Zəngəzur yolunun xərcini Naxçıvana səfər edənlərdən çıxacaqlar. Neyləsinlər, dünya bazarında bahalaşan neft qiymətlərindən əldə etdikləri əlavə qazanclar bəs etmir, iştahları böyükdür. Yəqin ki, quru sərhədlərinin bağlı saxlanmasından eninə-boyuna bəhrələnən “AZAL”-ın izafi qazancları da xaricdə tikiləcək yeni obyektlərin maliyyələşdirilməsinə yönəlir”.