Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il oktyabrın 1-dək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf edib
ARDNF xəbər verir ki, Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 210 milyon 758,3 min manat, o cümlədən bu ilin 3 rübü üzrə 5 milyon 312,5 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 16 min manat), təhsil haqqı (1 milyon 937,7 min manat), yol (244,8 min manat), sığorta (111,9 min manat), viza və qeydiyyat (2,1 min manat) xərclərinin ödənilməsinə yönəldilib.
Dövlət proqramı çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79 faiz) magistratura və bakalavr pillələrində təhsillərini davam etdirirlər. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində oxuyurlar.
Pia.az