Axtarış...

Sahil Babayevi hədəfə gətirən özünün seçdiyi kadrlardır - Vüqar Behbudov, Anar Bayramov, Fazil Talıbov, Heybət İmanov...

Sahil Babayevi hədəfə gətirən özünün seçdiyi kadrlardır - Vüqar Behbudov, Anar Bayramov, Fazil Talıbov, Heybət İmanov...


Qarabağ qazilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bağlı qapılarını sınıq ürəkləri, qol – qıçları ilə “fəth etmələri” qurumun rəhbərini daha kəskin formada hədəfə gətirib. Təbii ki, istənilən qurumda başlıca görəv elə qurumun rəhbərinə aid olduğundan nazirə qarşı hücumları da təbii qarşılamaq olar.

Bu situasiyada artıq “rəhbər yaxşıdır, ətrafı pis” formulu işə yaramır. Nədən nazirliyi , tabeliyində beş publik hüquqi şəxsin görəvinə bölməklə, məhkəmə iddialarından yayınmaq olar, amma yaralı qazilərin iddialarından, qəzəbindən qurtulmaq mümkün deyil. Məhkəmədən və qazilərin əlillik problemindən söz düşmüşkən, Bakı İnzibati Məhkəməsi ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsindən əsassız imtina edilməsi haqqında iddia üzrə ekspertiza rəyinin verilməsini cavabdeh Agentliyin özünə tapşırıb. Belədə hansı hüquqdan, məhkəmə təminatından danışmaq olar? Yenə də deyirik, hakimin Aygün Abdullayeva, Nəriman Abıyev, Rüstəm Kərimli, Fərid Mədətli.. olmasının heç bir anlamı yoxdur! Elə bil qeyri-prosessual qayda belədir, məhkəmə təminatı hüququna qadağa qoyulub! Bəs el arasında “vtek” adını hələ də saxlayan bu əlillik təyin edən publik hüquqi şəxsin rəhbərini kim təyin edir? Təbii ki, nazir.

Sosial Xidmətlər Agentliyi 2020-ci ilin iyuluna kimi nazirliyin, sonra Dövlət Sosial Müdafiə Fondunun tərkibində fəaliyyət göstərən kiçik bir sosial proqramlar sektoru olub. Kadr islahatları adı altında 5-6 nəfərlik sektor elə beş nəfərlik idarə heyəti olan yekə publik hüquqi şəxsə çevrilib. İdarə heyətinin sədri də kim olsa yaxşıdır? 1-ci vitse-prezidentin , digər ali dövlət hakimiyyəti orqanlarının göstərişlərini belə saya salmayan Vüqar Behbudov! İndi nazirdən soruşmaq gərəkir, reputasiyasını qazilərə rüşvətlə xidmət etməklə formalaşdıran bu şəxsin sədr təyin edilməsi hansı zərurətdən yaranıb? Di gəl, soruşmağa da imkan verilmir ki, Vüqar Behbudovun icazəsi gərəkir ! Ümumiyyətlə, bu xidmət agentliyinə nə ehtiyac var? Həm büdcəyə yükdür, həm də fəaliyyəti sıfırdır. Təsəvvür edin, Vüqar Behbudov və ətrafı 2 əlili , 2 elmi işçisi olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə sosial xidmətdən imtina edir ki, NK-nın qərarı xidməti yolverilməz sayır! (?) Qərəzi, hikkəni, ayrı-seçkiliyi NK qərarına uyğun “əsaslandıran” xidmət dəllallarının, deyəsən, Konstitusiyadan da xəbərləri yoxdur; bilmirlər ki, NK-nın qərarı Prezident fərmanından , qanundan üstün ola bilməz! Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanı ilə doğrulanan Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.2 -ci bəndində yazılıb ki, əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək, vətəndaşların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsini təşkil etmək SXA-nın vəzifələrinə aiddir. Vüqar Behbudovun və ətrafının prezident fərmanı ilə doğrulanan vəzifənin icrasından NK-nın qərarı ilə imtina etməsi hansı konstitusiyaya uyğundur? Bir özbaşınalığı da vurğulayaq ki, bu yekəlikdə agentlikdə bir nəfər də olsun vicdanlı şəxs tapılmır ki, Qarabağ qazilərinə xidmətdən imtinanın yolverilməzliyini başa salsın? ! Elə bil, eldə deyildiyi kimi, bir-birinin ağzına tüpürüblər. Məhkəmə də bu “ağız – ağıza tüpürməkdə” növbəti mərhələdir. Yenə də hakimin adının Nəriman Abıyev, Rüstəm Kərimli, Səadət Bəktaşi, Afaq Nuriyeva. ..olmasının heç bir anlamı yoxdur! Rüşvət, korrupsiya olan yerdə vicdan nəyə gərəkir?

ƏƏSMN-in əlillik siyasəti, daxili nəzarət və audit şöbələrinin işi də “statistik məlumatlardan” o yana keçmir. Filan qədər əlillik təyinatı aparılıb, filan qədər əlillikdən məhrum edilib və s… Oysa, əlillik problemi, sosial xidmət fərdi yanaşma tələb edir. Lap minlərlə şəxsə xidmət edilir, bircə şəxsə də xidmətdən imtina edilirsə, belə xidmət yarıtmaz sayılır. Burda faiz sayına nisbətən nəzərə almamaq keçmir! Axı həmin mində, onmində, yüzmində bir faiz İNSANdır ! “Birini öldür, minini yaşat” -sosial xidmət sahəsində keçərli deyil. Fərdi reabilitasiya proqramı da dediklərimizə misaldır.

ƏƏSMN-in hər quruma bir neçə nəfərlik mətbuat xidməti ştatı ayırması da büdcəyə ziyan vurmaqdan özgə bir şey deyil. Özü də bu xidmətçilərin də işi ümumi sözlərlə şəhid ailələri və qazilərə saxta “statistik xidmətdən” o yana keçmir. Elə son (hələlik son) aksiyada xidmət rəisi Fazil Talıbovun pafoslu çıxışının yaxasını qazi əlinə verməklə sonuclanması artıq “statistika”nın işə yarımadağının göstəricisidir.

Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin və heyətinin peşəkar xidmətini , ürəkaçan işini vurğulamasaq , bizi hər şeyi qara boyada görməkdə suçlayarlar. Himalay Məmişov kimi insana, şəhid -qazi ailəsinə diqqət və qayğı ilə yanaşan dövlət qulluqçuları varsa, fondu cılız məmurların cılız maraqlarına bölmək , əlbəttə sosial-tibbi xidmətdən imtina ilə sonuclanar.

Məğrur BƏDƏLSOY
Hurriyyet.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Hi! Do you know if they make any plugins to help with Search Engine Optimization?
I'm trying to get my blog to rank for some targeted keywords but I'm
not seeing very good results. If you know
of any please share. Thank you!

Also visit my web page; [url=https://imoodle.win/wiki/Poppy_Playtime]c[/url]
Hi there just wanted to give you a quick heads up. The words in your post
seem to be running off the screen in Opera. I'm not sure if this is a format
issue or something to do with web browser compatibility but I thought I'd post to let you know.

The design look great though! Hope you get the issue solved soon. Many thanks

Feel free to surf to my blog post: leci
123