Nazirlikdə yerli şöbələrə və ölkə miqyaslı qurumlara nəzarət etmək üçün mübarizə gedir...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir neçə aydır ki, nüfuz mübarizəsi gedir. Məlumata görə ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanov nazirliyin qurumlarına nəzarəti əlində saxlamağa cəhd edir. Onun əsas rəqibi ƏƏSMN-nin Aparat rəhbəri Hidayət Abdullayevdir.
Saytımıza daxil məlumata görə, nazir Sahil Babayevdən aldlğl səlahiyyətlər üzrə neqativlərin qarşısını almaq məqsədi ilə nazirliyin qurumlarına nəzarəti həyata keçirən Hidayət Abdullayev Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanovun müqaviməti ilə üzləşib.
Qeyd edək ki, Heybət İmanov Füzuli Ələkbərovun dönəmində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qara kassası” kimi tanınıb. Bu üzdən də Nazirlikdə onun “kadrları” çoxdur. Səlim Müslümovun dönəmində korrupsiya ittihamı ilə vəzifədən atılan Heybət İmanov nə qədər qəribə olsa da Sahil Babyevin zamanında nazirliyə geri qaytaıldı və ona çox strateji bir nöqtədə vəzifə verildi. Xatırladaq ki, ƏƏSMN-dəki vəzifəsini itirdikdən sonra Heybət İmanov özünə II dərəcəli saxta əlil vəsiqəsi alıb və buna baxmayaraq dövlət qurumlarında yüksək vəzifə tutmaqda davam edib.
Əldə etdiyimiz məlumata görə Heybət İmanov geniş əlaqələrindən istifadə edərək ƏƏSMN-də Aparat rəhbəri vəzifəsinə gəlmək istəsə də buna hələ ki, nail ola bilmir.(MilliYol.az)