Axtarış...

Sosial Xidmətlər Agentliyi qazilərə xidmətdən imtina edir - NARAZILIQ!

Sosial Xidmətlər Agentliyi qazilərə xidmətdən imtina edir - NARAZILIQ!

"Yay aylarında insanların istirahətinin təşkili mühüm önəm daşıyır. Ötənilki pandemiya qapanmasının bu il xeyli dərəcədə yumşaldılması, toylara iştirakçıların say qadağası ilə icazə verilməsi turizm bölgələrinin də yollarına “yaşıl işıq” yandırır. Əlilliyi olan şəxslərin istirahətinin, sanatoriya -kurort müalicələrinin təşkili ƏƏSMN -in tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) başlıca görəvlərindən biridir. Di gəl, sözügedən qurum mənzil bölgüsündə olduğu kimi, əlillərin müalicəsində də ayrı-seçkilik edir , hətta qərəzlə illərdir xidmətdən imtina edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bilriilir: "Bu sətirlərin yazarı 20 ildən çoxdur ƏƏSMN -in işini tənqid etdiyinə görə, Qarabağ əlili kimi bütün hüquq və güzəştlərdən məhrum edilib. 20 ildən çoxdur Səhiyyə Nazirliyinin rəyi əsasında Respublikadan qıraqda müalicəsi nəinki təşkil olunur, əksinə, öz hesabına getdiyi dış müalicə evlərinə yol xərcinin belə ödənilməsindən imtina edilir! (?) 4 il qabaq Səhiyyə Nazirliyi ilə ƏƏSMN -in birgə komissiyasının qərarı ilə ölkədən qıraqda müalicəni təşkil etməkdən imtinanı ƏƏSMN -in tabeliyində DSMF -in direktor müavini Əminə Seyidzadə “ nazirliyin (ƏƏSMN ) heç bir ölkə ilə müqavilə bağlamaması “ ilə əsaslandırıb .(?) Özbaşınalığa baxın, nazirliyin üzərinə düşən vəzifəni icra etməməsi Qarabağ qazilərinin müalicəsizlikdən ölmələrinə əsas kimi irəli sürülür. Bu azmış kimi, bir ildən çoxdur ağır formalı astmadan ölüm ayağında olan qazinin Naxçıvandakı “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinə də qadağa qoyulub. 1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən əlil həyat yoldaşının ali dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə ilyarımlıq şikayətinə, axırı, 24.06.2021 tarixli məktubla ƏƏSMN -in tabeliyində SXA-dan cavab verilib ki, NK-nın 12 avqust 2002 tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalar ilə müəyyən edilmiş imtiyazlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Qazi ailəsinin 1-ci dərəcəli əlilliyi olan şəxslərin növbədənkənar xidmət hüququnu çatdırmağa macal vermədən SXA 30.06.2021 tarixli məktubu ilə ilə bildirib ki, əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya -kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Qarabağ qazilərinə xidmətdən qərəzli imtinaya baxın, hərbidə olmayan şəxs qazi ola bilərmi ? Axı bütün qazilər əlilliyə görə pensiya alan hərbi qulluqçulardır! Belə çıxır, qazilərə xidmət etmək ƏƏSMN -in səlahiyyəti xaricindədir ? Onda Sosial Xidmətlər Agentliyi kimə və nəyə xidmət edir?

Məhkəməyə müraciət etməyin də anlamı yoxdur . Təsəvvür edin, ƏƏSMN -in keçmiş ahıl, tənha və əlillərə sosial xidmətin təşkili şöbəsinin, hazırda Nizami RİH-in ictimai-siyasi şöbəsinin müdiri Əli Qüdrət oğlu Axundovun “Yeni Azərbaycan” qəzetinin bir səhifəsini Qarabağ qazisinə qarşı şər-böhtanına “bulaması”na nə iddia tələbi, nə də xüsusi ittiham qaydasında hüquqi qiymət verilib! (?) Nizami məhkəməsi xüsusi ittiham qaydasında şikayətə məsləhətçini hakim təyin edib! (?) Məsləhətçi Ceyhun Bayramov 4 ildən çoxdur Əli Axundova qarşı xüsusi ittiham qaydasında şikayətə baxmağa Cinayət Prosessual Məcəllənin yol vermədiyini bildirir. Bakı İnzibati Məhkəməsi 3 il qabağın iddiasına 19.04.2021-ci ildə cavabdeh ƏƏSMN -in qeyri-prosessual basqısı ilə “baxıb” . 3 ildən sonra hakim Rüstəm Kərimli 10 gündən sonra köməkçisinin telefon zəngi ilə qərar verib ki, DSMF, TSEK Prezidentin sərəncamına əsasən ƏƏSMN -in tabeliyindən çıxarılıb! (?) Sosial Xidmətlər Agentliyinin isə heç adı da saxta qərardada salınmayıb. Rüstəm Kərimli qazinin apellyasiya instansiyasına şikayətini də prosessual qaydaya uyğun olaraq 5 günə yox, bir aya göndərib. Bakı Apellyasiya Məhkəməsi (hakim Afaq Nuriyeva) da qərardaddan şikayətə baxılmasını 3 ay sonraya (?) -avqustun 6-sına təyin edib. Fikir verin, Qarabağ qazisi təcili müalicəsinin təşkilini tələb edir, aşağı məhkəmə (hakim Rüstəm Kərimli) qərara alır ki, mümkün deyil, yuxarı instansiya da bildirir ki, ölmə, qazi, yay qurtarsın, şikayətinə baxılacaq. Belə məhkəmə təminatı ilə sosial təminat, müalicə, sağlamlıq, özbaşınalıqdan müdafiə hüququ təmin oluna bilər?

Diqqətçəkən məqam odur ki, Sosial Xidmətlər Agentliyi NK və ƏƏSMN Aparatından daxil olan xidmətdən imtina barədə cavabını NK-nın qərarı ilə ƏƏSMN in səlahiyyətinə aid olmamaqla əsaslandırır. Haqlı sual doğur: NK və ƏƏSMN niyə Agentliyin səlahiyyətinə aid olmayan müraciəti SXA-ya ünvanlayır? Belə çıxır, NK və ƏƏSMN rəhbərliyi görəvlərinin öhdəsindən gələ bilmir(lər)?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz