Axtarış...

"Buna görə bizdən heç vaxt bir zad olası deyil..." - GİLEY

"Buna görə bizdən heç vaxt bir zad olası deyil..." - GİLEY


Jurnalist Jalə Mütəllimova “Kapitalbank”la bağlı biabırçılıqlara son qoyulmasına çağırış edib.

Millitv.az reportyo.info-ya istinadla onun tənqidlərini təqdim edir: “Deməli xidməti müqavilə ilə maaşı günlərlə kartına köçürmür bank, bu heç. Təzə hoqqa çıxarıblar, xidməti müqavilə ilə dövlət büdcəsindən maaş alıransa vəsaitin yayınma, oğurluq olub olmadığını dəqiqləşdirirlər, loru dillə desək. Ölkəni talayanlar qalıb qıraqda, əsə-əsə, xidməti müqavilə ilə nökər maaşı alanların hesabın güdürlər. İndi də, təzə oyunları çıxıb. Kapitalbank kartına Milliön-lə şəxsi vəsait daxil olur. Bank deyir ki, bizim Milliön-lə problemimiz var. Milliön-də deyir ki, heç bir sorun yoxdur.

Sirr deyil ki, bəzən on, bəzən iyirmi, yüz hər nəysə xırda ödənişlər edilir bu kartlarla və həmin ödəmə aparatları vasitəsi ilə. Eybəcərlik ondadır ki, vətəndaşın vəsaiti beləcə iki sistem arasında ya batır, ya da çox rahatlıqla deyirlər ki, get hüquq mühafizə orqanına şikayət elə, pulun bilmirik hanı. Öz halalın olan vəsiti verib də əllərindən ala bilmirsən. Belə olan halda bu vətəndaşın cibindən oğurluqdan başqa bir şey deyil. Bax buna görə bizdə və bizdən heç vaxt bir zad olası deyil.

Başqa bir bəhanələri sistemdə profilaktika aparırıq. Az qala hər həftə bunu eşidirik. Qardaş niyə, nə qədər olar? Kimə günəvək, kimə etibar edək, ümumiyyətlə, icazə olarmı ölkədə insan kimi yaşasın vətəndaş? Ya da belə deyim, mümkünmü bu Kapital bankın yükünü azaldasınız. Ya da milliön-dən ödəniş qəbul edib, hesaba qoymamağın adı nədir sizcə?

Sistem problemlidirsə ödənişə izni qapadın, çıxın milliön aparatlarındakı siyahıdan. Bu qədər də olmaz axı. Hər ay bunu yüzlərlə adam görür, yaşayır, sirinləri pozulur və içinə qapadır, udur hirsini. Ya ən sürəlti və sistemi rahat bank olun, ya da bu bank inhisarçılığından əl çəkin qurban olum, bezdi, çartladı axı insanlar, əl insaf…”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz