Axtarış...

“Dağlıq ərazidə xidmət edənlərin maaşı çox olmalıdır” – Pul yoxdur, yoxsa...?

“Dağlıq ərazidə xidmət edənlərin maaşı çox olmalıdır” – Pul yoxdur, yoxsa...?


Son vaxtlar ən çox müzakirə edilən və narazılıq doğuran məsələlərdən biri hərbçilərin əməkhaqqları ilə bağlıdır. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən, bizə indiyədək heç vaxt yaşamadığımız sevinci yaşadan əsgər və zabitlərimiz indi maaşlarını ala, evlərinə pul apara bilmirlər. Yəni əslində cəmiyyətdə ciddi narahatlığın yaranması heç də təsadüfi deyil.Vətəndaşlar hərbçilərimizin qayğısına qalsa da, əllərindən heç nə gəlmir. Müvafiq qurumlar isə “ağızlarına su alıblar”.

İqtisadçı- ekspert Nazim Bəydəmirli sözügedən problemlə bağlı “Sherg.az”a danışdı. Onun fikrincə, səbəb süni şəkildə yaradılan maneələrdir:

“Əslində büdcədə lazımi qədər pul var və olmalıdır. Hətta vəsait çatışmazlığı yaransa belə, əməkhaqqılar vaxtlı-vaxtında ödənməlidir. Ödənmirsə, deməli, konkret sahənin idarəetməsi düzgün qurulmayıb.

Əlbəttə, cəbhə zonasında, həmçinin dağlıq ərazidə xidmət edənlərin maaşı daha çox olmalıdır. Fikrimcə, yaranan problemin səbəbi pul çatışmazlığı yox, bürokratik əngəllərdir.

Həmin maneələri aradan qaldırmaqdan ötrü hökumət təcili addımlar atmalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz