Bir neçə gün öncə redaksiyamıza Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı çoxlu şikayətlər daxil olub.
Bir neçə gün öncə saytımızda gedən – Laçında korrupsiya əməlləri: Vaqif Hüseynov Katos kənd orta məktəbini “özəlləşdirib” – başlıqlı yazıda məktəbin direktoru Hüseynov Vaqif Yaqub oğlu şəxsi maraqları zəminində qohumlarının adlarını iş ştatlarına qeyd etməklə onlara saxta yolla əmək haqqı yazdırdığı barədə məlumat verilmişdi. Bundan başqa, Katos məktəbinin direktoru Vaqif Hüseynov bacıları Baxışova Şəkürə, Güləliyeva Gülxarə və digərlərini məktəbdə texniki işçi kimi adlarını ştata salmaqla onlara saxta yollarla əmək haqqı yazdırdığı məlum olub. Ağcabədi rayonu Taxta körpü ərazisində yaşayan Baxışova Şəkürənin qohumları da qeyd edir ki, o ümumiyyətlə Katos kənd orta məktəbinə getmir və “qaravulçu” ştatı üzrə işini icra etmir.
Yazıda Ağcabədi rayonu Aran kəndində yaşayan Gülnarə Xudaverdiyeva da direktorun yaxın qohumu kimi məktəbdən əmək haqqı aldığı vurğulanıb. Adı olub özü olmayan bu işçilərin sırasına direktorun Hüseynov soyadını daşıyan bir neçə qohum şəxsi də əlavə etmək olar – deyə yazı müəllifi faktları aidiyyatı orqanların diqqətinə çatdırmışdır.
Redaksiyamıza müraciət edən Laçın rayon Şeylanlı kənd sakini Alıyev Mürşüd Əbdül oğlu yuxarıda qeyd olunan faktların həqiqət olduğunu bildirməklə, Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun qanunsuz əməlləri ilə bağlı Laçın rayon prokurorluğuna rəsmi qaydada müraciət etdiyini bildirdi. Mürşüd Alıyevin bildirdiyinə görə onun təqdim etdiyi faktlar əsasında prokurorluqda araşdırmalar başlamış və məktəb direktorunun qanunsuz əməllərinə hüquqi qiymət veriləcəyinə inanır.
Vətəndaşın bizə ünvanladığı müraciətdə qeyd olunur ki, 9 illik Katos kənd orta məktəbinin direktoru saxta yollarla hərbidən yayınıb. V. Hüseynov psixoloji durumu yerində olmadığı ilə bağlı əldə etdiyi saxta sənədlə hərbidən yayınsada, onun məktəb direktoru işləməsi narahatçılıq yaradır və qanun pozuntusudur. (Bununla bağlı aidiyyatı qurumlara redaksiyamız tərəfindən sorğu təqdim olunub).
İxtisasca müəllim olmayan Vaqif Hüseynov direktor kimi işləməsi üçün imtahanlardan bal toplamayıb. “Mənim arxamda Eşqi Bağırov dayanıb” – deyən direktorun diplomu saxta olan müəllimləri işlə təmin etdiyi danılmaz faktdır. Məktəbdə adı gedən şagirdlər sinifdən sinifə qanunsuz yollarla keçirilir. Jurnallarda elə şagirdlər var ki, onlar ümumiyyətlə məktəbə gəlmirlər.
Direktorun Bakıda yaşayan azyaşlının adını məktəbin şagird siyahısına salması təkrar olunan qanunsuzluq kimi təkzibolunmaz faktdır. Həmin şagirdlərin adlarını növbəti yazıda qeyd edəcəyik.
Xatırladaq ki, bir neçə gün öncə Laçın rayonun Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun özbaşınalığı və korrupsiya əməllərindən bəhs edən araşdırmanın müəllifi hazırda təhdid olunmaqdadır. Direktor Vaqif Hüseynov və onun qohumları jurnalistə zəng edərək yazdığı yazıya görə ona cəzalandıracaqlarını və başına oyun açaqlarını, hətta yazı müəllifinin dilini kəsəcəkləri ilə hədələmişlər.
Bununla yanaşı tez –tez sosial şəbəklərə içki qəbul edib əyyaşlıq fotolarını paylaşan Vaqif Hüseynovun evindən sosial şəbəkədə hansısa maddənin təsiri altında çıxışlar edən qohumu video çıxışı zamanı da jurnalistləri və saytları hədələmişdir və həmin görüntülər təqdim olunacaq. Qeyd edək ki, direktorun bu qohumu Vaqif Hüseynovun sifarişi ilə Laçın icra başçısı Aqil Nəzərli haqqında da təhqiredici çıxışlar etməkdədir. Onların jurnalisti hədələmələri ilə bağlı telefon zənglərinin səs yazılarını növbəti yazıda diqqətinizə çatdıracağıq.
Yazı müəllifi ona qarşı olunan hədə -qorxularla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və olunan şikayət üzrə Daxili İşlər Nazirliyinin aidiyyatı idarəsi tərəfindən araşdırmalar aparılmaqdadır. Biz ümid edirik ki, aidiyyatı dövlət orqanları məktəb direktoru Vaqif Hüseynov və qohumlarının qanunsuz əməllərinə hüquqi qiymət verilməsini təmin edəcək. Həmkarımıza qarşı olunan təhqidlərlə bağlı aparılan araşdırmanı diqqətdə saxlayacağıq. Onu da qeyd edək ki, artıq bir neçə media kapitanı və jurnalist həmkarlarımız Vaqif Hüseynovun jurnalisti hədələməsi ilə bağlı cənab Prezidentə, Təhsil nazirliyinə, Baş prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Sabah həmin müraciətin tam mətni saytımızda ictimailəşdiriləcək.
Xatırladaq ki, Vaqif Hüseynovun tez – tez adını hallandırdığı və yaxını olduğunu söylədiyi Təhsil nazirliyində şöbə rəisi cənab Eşqi Bağırova müraciət olunub və ümid edək ki, Katos kənd orta məktəbinin direktorunun özbaşınalığı və saxtakarlığı araşdırılacaq, onun vətəndaşlardan rüşvət alması kimi faktlar ört-basdır edilməyəcək.
Redaksiyamıza göndərilən daha bir neçə fakt üzrə araşdırmalarımız davam edir. Bizə ünvanlanan faktlar sırasında insanlığı sarsıdan məqamların olduğunu qeyd etməliyik. Nə qədər acı olsada Vaqif Hüseynovun qohumları vasitəsilə azyaşlı üşağı atasına qarşı faciə adlandırılacaq çəkilişə cəlb etməsi və bu yolla insanları şantaj etməsi kimi görüntüləri aidiyyatı orqanlara ünvanlamaq məcburiyyətindəyik. Bir atanın və azyaşlı uşağın bu cür aşağılanması əslində utancvericidir. Xatırladaq ki, həmin çəkilişlər V.Hüseynovun yaxın qohumu tərəfindən həyata keçirilib.
Dəyərli oxucular. Biz növbəti yazıda Laçın rayonu Katos kənd orta məktəbində baş verən digər qanun pozuntuları ilə bağlı araşdırmalarımızı diqqətinizə çatdıracağıq.//7gün.org//