Axtarış...

Bərdədə direktor Asəf müəllimin varlanmaq ehtirası

Bərdədə direktor Asəf müəllimin varlanmaq ehtirası

Bərdə rayonu Təhsil şöbəsində korrupsiya və qanunsuzluqlar haqda dəfələrlə yazılıb. Bu dəfə redaksiyamıza daxil olan məlumatlar rayon təhsil sistemi üzərində məktəb direktorunun qanunsuz əməlləri və bu prosesdən qazanılan pullarla bağlıdır. Belə ki, rayondan daxil olan məlumata görə, Bərdə rayon Q.Quliyev adına Xanərəb kənd tam orta məktəbin direktoru Asəf Qasımov əsl talan və soyğunçuluq siyasətini həyata keçirir.

XEBER.İNFO.AZ-ın məlumatına görə,Bərdədəki təhsil korrupsiyasının detallarına keçməzdən öncə A.Qasımovun yüksəliş yolundan bəzi məqamlara diqqət edək. Bərdə Q.Quliyev adına Xanərəb kənd tam orta məktəbin direktoru Asəf Qasımovu yaxından tanıyan kənd sakinlərinin dediklərində maraqlı məqamlar yer alıb. Belə ki, mənbənin sözlərinə görə, indiki məktəb direktorunun pedoqoji fəaliyyəti o qədər də təmtəraqlı olmayıb! “Müəllim olarkən onun əsas işi şəkil şəkmək, heyvan bazarında mal-qara alveri olub, müəllim kimi Asəf Qasımovun ancaq adı jurnallarda gəzib. Bir neçə il müəllim işləyəndən sonra fövqəladə əlin gücü ilə o məktəb direktoru kimi bu vəzifəyə gətirilib. Məktəb direktoru təyin olunduqdan sonra həm xarakterinə həm də maddi imkanına görə 180 dərəcə dəyişən A.Qasımov burda öz qaydalarını tətbiq edib. Məktəb müəllimlərinə aylıq haqq kəsilmə, direktor müavini postuna konkret qiymət kəsilməsi, və s. bu kimi məqamlar məhz Asəf müəllimin məktəb direktoru olduğu dövrün “kəşflər”indən sayılır. Bizi məlumatlandıran mənbənin sözlərinə görə A.Qasımovun yaxın adamı rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov onun bütün qanunsuzluqları qarşısında qalxana çevrilib. Mənbəmizin sözlərinə görə büdcədən təhsilə ayrılan pulların maxinasiyalarının qanuniləşdirilməsində əsas iştirakçı olan Rzaqulu Şərifov həm də A.Qasımovla 9 saylı Hesablama Mərkəzi arasında əsas maddi bağdır.

Mənbəədən daxil olan məlumata görə məktəb direktoru A.Qasımov məktəb müllimlərinə aylıq təyin edib. Belə ki, bütün müəllimlər və texniki işçilər aldıqları aylıq əmək haqqı müqabilində aylıq hesab faizi verməyə məcburdular.Əks halda Asəf müəllim minbir bəhanə ilə günlərini qara edəcəkdir. Bərdə rayon Q.Quliyev adına Xanərəb kənd tam orta məktəbin sabiq Tərbiyəvi İşlər üzrə direktor müavini Quliyev Əzim Məmmədqulu oğlu və sabiq Tədris işləri üzrə direktor müavini Namazov Elbrus Azad oğlunun bizə verdiyi məlumata görə 2017-ci ilin noyabr ayında Bərdə rayon Təhsil şöbəsinin kadrlar üzrə məsləhətçisi İsmayılov Ədalət Çıraq oğlu məktəbdə olmuş və bildirmişdir ki, işçi və xidmətçilərin nizam intizamını yoxlamağa gəlmişəm. O, yoxlama apararkən məlum olmuşdur ki,direktorun həyat yoldaşı Qasımova Kəmalə və Qasımov Zamiq 7 il adları tabeldə olmasına baxmayaraq bir dəfə də olsun işə gəlməmiş, lakin direktor Qasımov Asəf bütün bu müddət ərzində onların aylıq əmək haqqını mənimsəmişdir.Sonra İsmayılov Ədalət ayrı-ayrı işçilərin işə gəlmə vəziyyətini yoxlayaraq narazılıq bildirmişdir. Yoxlamanın nəticəsi ilə bağlı 15 dəqiqə ərzində pedoqoji işçilərlə söhbət apararaq texniki işçi və xidmətçilərin lazimi dərəcədə işləmədiyini bildirmişdir. Bundan sonra İsmayılov Ədalət Təhsil şöbəsinə qayıdaraq Asəf Qasımov ilə birlikdə saxta sənədlər tərtib etmiş bizim hər ikimizə xəbərimiz olmadan 2017-ci ilin dekabr ayında təhsil şurasının iclasında töhmət elan olunmuş və dərs ilinin sonunda işdən azad olunmağımız nəzərdə tutulmuşdur.

Bizə rayon təhsil yanı şurada verilən töhmət haqqında məlumatı məktəbin direktoru 10 sentyabr 2018-ci ildə tarixdə çatdırılmışdır. Maraqlıdır, Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov vəzifəsindən sui istifadə edən 7 il müddətində iki ştat vahidinin əmək haqqını mənimsəyən (təxminən 20.000 manat dövlət əmlakı) məktəb direktoru haqqında nə üçün heç bir tədbir görməmişdir. Belə ki, Asəf Qasımovun həyat yoldaşı Qasımova Kəmalə işdən azad edilmiş, lakin oğlu Qasımov Zamiqin bu günə kimi adı tabeldə gedir. Maraqlıdır ki,Təhsil Şöbəsinin müdiri cinayət xarakterli bu fakta niyə göz yumur. Məktəb direktoru Asəf Qasımovun мягсяди dövlət əmlakının qanunsuz yollarla mənimsəmək, məktəbin müəllim və texniki işçilərinin əmək haqlarından faiz tutmaq hesabına varlanmaqdır. Nədənsə ona heç kim mane olmur.Asəf müəllimin zəhmətsiz yolla pul qazanmaq, varlanmaq ehtirası isə gündən- günə, aydan-aya güclənir. Məsələdən məlumatlı olan hər kəsi indi bir sual düşündürür.Görəsən Asəf müəllimə dur deyən olacaqmı? Ardı var . Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz