Axtarış...

15 ildir bu rayonda rəhbər idi – Yeri dəyişdilirən icra başçıları haqda dosye



Prezident İlham Əliyev Masallı və Ağcəbədi icra hakimiyyətləri başçılarının yerini dəyişib. Masallının icra başçısı Rafil Hüseynov Ağcəbədiyə, bu rayonun icra başçısı Şahin Məmmədov isə Masallıya rəhbər göndərilib.
“Yeni Sabah” xəbər verir ki, 66 yaşlı Rafil Hüseynov Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “Jurnalistika” fakultəsini, 1980-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) Mərkəzi Komitəsinin (MK) yanında Azərbaycan Komsomol Məktəbini (AKM), 1989-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı” fakultəsini bitirib.

Rafil Hüseynov 1969-cu ildən 2012-ci ilə qədər müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə Masallının icra başçısı təyin edilib.

Şahin Məmmədov isə 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Ölkə başçısının 17 aprel 2004- cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli sərancamı ilə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz