Axtarış...

Prezident Bərxudarovun qardaşlarını da mükafatlandırdı

Prezident Bərxudarovun qardaşlarını da mükafatlandırdı


Bu gün Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün müfafatlandırılanlar arasında general-mayor Mayis Bərxudarovun iki qardaşı da var.

Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.

Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.

General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, “Qarabağ” ordeninə də layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi.



Şərh yaz