Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkiləri çox əhəmiyyətlidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri 6 müxalifət partiyasının yaratdığı ittifaqa da münasibət bildirib:
“Küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb. Bunun bənzəri Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada razılaşdırdıqları bir proqram yoxdur, prezidentliyə namizədləri yoxdur. Proqram deyə ortaya çıxardıqları mətn xaricdə hazırlanıb onlara verilib”.
Ərdoğan 2023-cü ilin seçkilərində altı müxalifət partiyasına dərs verəcəklərini vəd edib.
“Bunun üçün çalışmalıyıq”, - Türkiyə dövlət başçısı vurğulayıb.