Axtarış...

Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır

Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında Konstitusiyaya ediləcək dəyişikliklərdən söz açıb.

“Anadolu” agentliyinin məlumatına əsasən, Türkiyə lideri söyləyib ki, hazırkı Konstitusiya öz aktuallığını itirib.

“Türkiyənin yeni və sivil Konstitusiyanı müzakirəyə çıxarması dəyişən şərtlərin qaçılmaz diktəsidir”, - deyə R.T.Ərdoğan söyləyib.

Türkiyə prezidenti qeyd edib ki, mümkün konsensusla ərsəyə gələcək yeni Konstitusiyanın mətni mütləq xalqın təsdiqi üçün təqdim ediləcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz