Axtarış...

Əmrullayevin saxta DİPLOM BAZARI... - Susursansa, ŞƏRİKSƏN!

Əmrullayevin saxta DİPLOM BAZARI... - Susursansa, ŞƏRİKSƏN!


Dəyərli oxucuların diqqətinə çatdıraq ki, artıq bir müddətdir ki, 1998-ci ildə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən Xəlilova Mahirə Ərşad qızına verilən diplomun saxta olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Biz öz peşə vəzifəmizə uyğun olaraq, Təhsil nazirliyinə müraciət etdik. Təəssüflə qeyd etməliyik ki, Təhsil nazirliyi nəyinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlıdır, hətta "Hürriyyət"in sorğusuna cavab verməyi belə özünə "sığışdırmır".

Son illərdək Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Təəssüflə qeyd etməliyik ki, təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının təbii olaraq çoxalması deməkdir. Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoş məramlı missiyasın qarşısında sipərə çevrilirlər. Onlar nəyinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.

Ortada iddiaların olmasına baxmayaraq, Təhsil Nazirliyinin hələ də susqunluq nümayiş etdirməsi onu göstərir ki, nazirlik də baş verən saxtakarlığı ört-basdır edərək qanunsuzluğa birbaşa şərik olur.

Təhsil Nazirliyi niyə redaksiyamıza təqdim edilən faktı araşdırmaqda maraqlı deyil?... Hər dəfə diplomlarının saxta olması gündəmə gətirilir və quru statistika göstərilir. Saxta diplomu verən şəxslərin cəzalandırılmasının isə hələ də şahidi olmuruq. Təhsil Nazirliyi həmişə çox ümumi və abstrakt bir açıqlama verir. Düzdür, deyirlər ki, 2 min nəfərin diplomu saxtadır. Onların hər biri adbaad məlumdur. Amma bu adlar nədənsə, ictimaiyyətə açıqlanmır.

Çox təəssüf ki, Təhsil Nazirliyi bu tipli məsələlərdə operativ deyil. Ümumiyyətlə baş verən proseslərə münasibəti və reaksiyası çox aşağı səviyədədir. Digər tərəfdən isə bunu yoxlamaq üçün, "Amerikanı ikinci dəfə kəşf etməyə" Təhsil Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac yoxdur. Müvafiq olaraq, bunu araşdırmaq üçün diplom.edu.az və eyni zamanda e-gov.az portalı var. Yəni dövlət tərəfindən 2003-cü ildən bəri verilən bütün diplomların hamısı bazada yerləşdirilib. Hər bir kəsin təhsil sənədi orda qeyd edilib. Təhsil nazirliyinin saxta diplomu araşdırmaqda maraqlı olmaması onu göstərir ki, başda təhsil naziri Emin Əmrullayev olmaqla, bu işə məsul şəxslər də baş verən qanunsuz əməllərin və saxtakarlıqların birbaşa iştirakçılarıdır. //hurriyyet.az//
Əmrullayevin saxta DİPLOM BAZARI... - Susursansa, ŞƏRİKSƏN!
Əmrullayevin saxta DİPLOM BAZARI... - Susursansa, ŞƏRİKSƏN!

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz