Yardımlı rayon İcra Hakimiyyətindəki qanunsuzluqların içərisindən sızdırılan məlumatlarda İcra Hakimiyyətinə saxta diplomlu şəxslərin necə işlə təmin olunması da qeyd olunur.
İddialara görə, diplomları şübhəli olan həmin şəxslər küllü miqdarda rüşvət hesabına işlə təmin olunmağa nail olublar.
Belə ki, həmin saxtakar şəxsdən biri 1998 -ci ilə kimi Xarici ölkədən əldə etdiyi saxta diplomla Yardımlı rayon Vergi idarəsi və DSMF- da işləmişdir.
1998 - ci ildə Diplomun saxtalığı ifşa olunaraq, az qala məsuliyyətə cəlb olunacaqmış. Necə olubsa, aradan çıxmağı bacarmışdır.
Az müddətdə O, özəl sektorlara üz tutaraq, yenidən hansısa yollarla Beynəlxalq Univeristetdən diplom əldə edə bilmişdir Xatırladaq ki, Tələbə Qəbulu
Dövlət komissiyasının qeyiyyatından kənar təhsil alan tələbələrin diplomları Təhsil Nazirliyi tərəfindən tanınmırsa, deməli həmin diplom Dövlət sənədi sayılmır.
Necə ola bilər ki, Özəl sektordan diplom əldə etmiş bir şəxs rayon İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Məsləhətçi vəzifəsinə təyin olunur? Hələ bu azmış kimi, özəl sektorun "tələbə"si
Dövlət qulluğuna qəbul olunur? Düşünməyə dəyər...
Görəsən, bu əməliyyatın qurucusu kim olub və cənab Ayaz Əsgərov bütün bunların şəxsi işlərini yoxlatdıracaqmı
və barələrində hüquqi qiymət veriləcəkmi?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //DogruXeber.az//