Axtarış...

Gəncə təhsili böhran içində: Elə nazir də eyni ovqatdadır... - Prezidentə müraciət olundu

Gəncə təhsili böhran içində: Elə nazir də eyni ovqatdadır... - Prezidentə müraciət olundu


Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə sayca 33-cü müraciətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən sizə 32 dəfə müraciət etmişəm ki, Təhsil Naziri Emin Əmrullayev il yarımdır ki, təhsilin başına kəndir salıb oynadır və bununla da Azərbaycan təhsilini bərbad hala salıbdır. Artıq bu məsələni bütün Azərbaycan xalqı bilir. Bu adam sanki, öz hərəkətləri ilə təhsilin başında dəlləklik edir. Atalar yaxşı deyib: “Kor atın kor nalbəndi olar.” Özü necədirsə özü kimi də Gəncə şəhər Təhsil İdarəsində Anar Qədiməliyev adlı birisi müdir işləyir. Kimdir bu adam? Uşaqlıqdan SOROS-a cəlb olunan, SOROS-da təhsil alan, Azərbaycan Dövlət Aqrar Universitetinin mühasiblik fakültəsini bitirən , ixtisasca kənd təsərrüfatı işçisi, müstəqillik dövründə düşünülmüş formada əsgəri xidmətdən yayınan, 8 il bank sistemində işləyən, təhsildən, məktəbdən, pedaqogikadan, psixologiyadan anlayışı olmayan bir məmur.
Cənab Prezident, dəhşətli odur ki, 12.03.2022-ci il tarixdə Gəncə şəhərində vətəndaşların qəbulu zamanı mən də onun qəbulunda qocaman bir müəllim kimi, ağsaqqal bir pedaqoq kimi qəbulunda oldum və onun mənə verdiyi cavablardan mat-məəttəl qaldım. Belə ki, mən bu adama başıma gələn ədalətsizliklərdən danışıram, haqsızlıqlardan danışıram amma görün bu adam nə qədər hayıxıb ki, 10-12 nəfərin yanında mənə atası yaşda kişiyə, əməkdar müəllimə, ictimai xadimə, şairə, dövlət nümayəndəsinə bildirdi ki, bu günə qədər məndən yazmısan, bu gündən sonra da hara və kimə istəyirsən yaz. Mən heç kimdən qorxmuram. Əlavə olaraq qeyd etdi ki, əgər mən səni yenidən işə qaytarsam onda hamı mənə deyər ki, sənin qabağından qorxdum, qaçdım. İndi siz baxın bu nazir sözüdür? Bu ziyalı sözüdür? Mən isə bu cavabların əvəzində Emin Əmrullayevə bildirirəm ki, eybi yox gec-tez cənab Prezident bu məsələdən hali olacaq və sənə öz kəskin sözünü deyəcəkdir. O zaman sən qorxmamaq yox, qorxudan siçan deşiyi axtaracaqsan. İndi mənə təəccüb gələn odur ki, Emin Əmrullayev özünə bu qədər güvənir ki, Anar Qədiməliyev kimi SOROS-a xidmət edən bir adamı, bir kənd təsərrüfat işçisini, qeyri-obyektiv savadsız bir məmuru özündə cəsarət tapıb regiona müdir qoydursun. Mən buna inanmıram. İnanmıram ki, Prezident Adminstrasiyası bu işə razılıq verə. İnanıram ki, Adminstrasiyadan Emin Əmrullayevə xüsusi tapşırıq verəcəklər ki, İlham Həsənovu yenidən öz işinə qaytar. Çünki, bu insan, bu kişi dövlətimizin əsas dayaq nöqtələrindən biridir. Cənab Prezident sizdən xahişim odur ki, imkan verməyin ki, mən mənə namərdlik edən Emin Əmrullayev və Anar Qədiməliyev kimi namərdlərin əlində öləm. Ölsəm də qoy mərd adamların əlində ölüm. Mən qorxmaz və cəsur adamam. Mən ulu öndər Heydər Əliyevin yetirməsiyəm. Yadıma xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri yadıma düşdü. Bu baxımdan bir şair kimi, bir ictimai xadim kimi, bir əməkdar müəllim kimi, bir veteran YAP-çı kimi, bir baş prokuror Kamran Əliyevin müəllimi kimi məni işimə qaytarmaqla bundan sonra da yaşadın. Yaxud ən azı Prezident Aparatında köhnə və sədaqətli, sizi və Heydər Əliyevi ürəkdən istəyən Fuad Ələsgərov, Zeynal Nağdəliyev, Bəylər Eyyubov və s. Kimi adamlar var. Qeyd edirəm ki, onların da köməyinə mənim ehtiyacım var. Çox inanıram ki, 33-cü müraciətdən sonra Prezident Aparatının vicdanlı məmurları ən başlıcası hörmətli Əli Nağıyev, Təhsil naziri Emin Əmrullayevi ciddi cəhdlə mənə qarşı etdiyi hörmətsizliyə görə xüsusilə ölkə başçısı kimi sizə etdiyi etinadsızlığa görə cəzalandırılacaqlar və Gəncə şəhər Təhsil İdarəsinin müdiri SOROS-çu Anar Qədiməliyevi və onun yaxın dostu ailəlikcə Heydər Əliyevə düşmən kəsilən Orxan Abbasov kimi təsadüfi adamları işdən qovacaqlar. Mən də minlərdən, milyonlardan biri kimi istərdim ki, Azərbaycan təhsilinin başına sağlam adamlar gətirilsin. Rüşvət və ya tapşırıq yolu ilə saxlanılan Gəncə şəhər 5 nömrəli məktəbin direktoru başda Bəhram İmranov olmaqla Respublikada 65 yaşdan yuxarı, hətta 75-85 yaşlı müəllim və məktəb direktorları təcili surətdə təqaüdə göndərilməlidir. Yalnız onda deyərəm ki, ədalətlilik prinsipi həyata keçirildi. Sizdən tezliklə müsbət cavab gözləyirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
I always emailed this weblog post page to all my contacts, for
the reason that if like to read it next my contacts will too.


My homepage; tetris browser unblocked