Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Prezident İlham Əliyevə 27-ci müraciətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident! Əvvəla sizi və ailənizi 2022-ci il Yeni il münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, can sağlığı və bu çətin amma şərəfli işinizdə uğurlar arzulayıram. Artıq daha təəccüb etmirəm ki, prezident aparatında ən başlıcası Təhsil Nazirliyində sizi qəlbən istəyən yoxdur. Çünki, mən 1 ildir ki, sizə 26 müraciət yazmışam, lakin o müraciətlərin heç birini sizə çatdırmayıblar. Buradan da belə çıxır ki, Təhsil Naziri Emin Əmrullayevin nə ulu öndər Heydər Əliyevə, nə sizə, nə də Mehriban xanıma hörməti yoxdur. Mən isə, elə Emin Əmrullayevdən başqa heç bir şey gözləmirəm. Bu adam bu gün vəzifədə ikibaşlı oyun oynayır. Kimə və kimlərə xidmət edir o bilinmir. Əgər belə olmasa idi, məni bir Azərbaycan şairini, bir ictimai xadimi, bir əməkdar müəllimi yalnız 65 yaşı bəhanə edib işimdən kənarlaşdırmazdı. Təsəvvür edin ki, Respublikada mən və Valeh müəllimdən başqa 2-ci əməkdar müəllim işdən çıxarılmayıb. Bu nə deməkdir? Mən bir şair kimi sizə ulu öndər Heydər Əliyevə, Mehriban xanıma onlarla şeir vəsf etmişəm. Bu gün mənim damarlarımı kəssələr, damarlarımdan axan qan da yerə düşüb Heydər Əliyev yazacaq. Təsəvvür edin ki, Emin Əmrullayev bunları da nəzərə almadı. Bu adam təhsildə islahatlar aparmaq məqsədilə əslində pərdə arxasında rüşvətxorluq və korrupsiya hallarına daha geniş yol açır. Elə ona görə də, kənd təsərrüfat işçisi, əsgəri xidmətdə olmayan, təhsildən xəbərsiz, təhsildən anlayışı olmayan Anar Qədiməliyev kimisinin təsadüfən Gəncə Təhsil İdarəsinin müdiri vəzifəsinə gətirilən bu adamın şəxsi sifarişi ilə qərəzli şəkildə məni və Valeh müəllimi işdən uzaqlaşdırdı. Bu gün Anar Qədiməliyev Gəncədə özünü regional Təhsil İdarəsinin rəisi kimi aparır. Açıq-aşkar bütün şəhərə yayıb ki, “Nazir mənə deyib ki, regionalın rəisi sən olacaqsan.” Gör bu insanlar nə qədər arxayınlaşıb. Mən başa düşə bilmirəm, ölkədə SOROS bu qədər ayaq açıb, bu xərçəng xəstəliyi kimi bu qədər şaxələnib? Bircə onu bilirəm ki, Gəncədə İcra başçısı Niyazi Bayramovun qəbuluna düşmək, Anar Qədiməliyevin qəbuluna düşməkdən asandır. Əhali arasında belə təsəvvür yaranıb ki, deyərsən ki, bu adam kiçik prezidentdir. Mən başqa yeri demirəm, Gəncədə biabırçılıqdır. Anar Qədiməliyevin qeyri-rəsmi kadrlar İdarəsinin rəisi isə qayınatası, şəhərdə kifayət qədər tanınan, 95 nömrəli aptekin müdiri Səyyaf Məmmədovdur. Hətta Anar Qədiməliyev sürdüyü maşının nömrəsini də sevimli qayınatasının aptek nömrəsi ilə paralel “095” almışdır. Çünki, şəhər də onu da danışırlar ki, hətta onunla Gəncə şəhər İcra başçısı Niyazi Bayramovla arasında körpü yaradan və ümumiyyətlə ona maddi dəstək duranda özü üçün hörmətli Səyyaf Məmmədovdur. Anar Qədiməliyev əksər yerlərdə zarafatyana onu da bildirib ki, 95 rəqəmi bizə uğur gətirir. Cənab Prezident indi siz baxın ki, mən və Valeh müəllim şəhərin tanınmış ziyalıları dövlət və dövlətçilik uğrunda canından keçən 2 mübariz əməkdar müəllim kimlərin əlində aciz qalmışıq. Bəs ona görə də deyirəm ki, Emin Əmrullayev bizə hörmət qoymadı heç olmasa başqa şey yox sizin sərəncamınıza hörmət qoyardı, onu da eləmədi. Artıq tam yəqin etdim ki, Emin Əmrullayev
öz havadarlarının hesabına heç kimi saya saymır. O, bu baxımdan dövləti, təhsili, və nəhayət bizim kimi pedaqoqları barmağına dolayıb. Bu adamın sadəcə olaraq danışıq qabiliyyəti belə yoxdur. Televiziya ekranlarında xalq qarşısında öz fikirlərini çatdıra bilmir. Şəxsən mən ona tövsiyə edərdim ki ,sabiq Təhsil Naziri Ceyhun Bayramovun yanına gedib ondan nitq mədəniyyətini öyrənsin. Təsadüfi deyil ki, bu yaxınlarda öz çıxışında camaata bildirdi ki, məktəblərdə valideynlər köməklik olaraq pul verərsə onu götürmək olar. Mənim yadımdadır ki, bizim vaxtımızda da belə idi. Bunun haqqında daha mən nə deyim? Deməli, təhsilə təsadüf düşmüş adamdır. Onun da Anar Qədiməliyev kimi İdarə müdiri olacaq. Cənab prezident bircə arzum qaldı ki, bir xahişim var ki, prezident aparatında Süleyman İsmayılov Heydər Əliyevin çörəyini yeyir. O çörəyə xor baxmaq olmaz. Çünki, o çörəyi kim itirsə, həmin insanın gözləri tutular. Ona görə inanıram ki, bu dəfə 27-ci müraciətimi Prezident aparatında xüsusi nəzarətə götüzdürsün. Onsuzda mən sözümü demişəm, deyirəm, və yenə deyəcəyəm. Mən heç kimə imkan vermərəm ki, kimsə cənab prezidentə yalan danışa, ölərəm amma razı olmaram. Cənab prezident sonda onu da qeyd edim ki 2021-ci il dekabr ayının 24-də sizin 60 illik yubileyinizlə bağlı yeni bir şeir yazmışam. Həmin şeiri və onunla yanaşı bəzi rüşvətxor məmurlara ithaf etdiyim satirik şeiri müraciətə əlavə olaraq sizə göndərirəm. Bir şeyi dərk edirəm ki, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyi mənim üçün ən müqəddəs varlıqdır. Odur ki, SOROS-a son deyirəm. Bu məqsədlə Gəncə təhsilinin müdiri Anar Qədiməliyev onun əmisi nəvəsi Gəncə şəhər icra hakimiyyəti Humanitar şöbəsinin müdir müavini Azər İbrahimov və Təhsil Nazirliyində şöbə müdiri vəzifəsini icra edən ixtisasca kənd təsərrüfatı mütəxəssisi Anar Qədiməliyevin ən yaxın dostu silahdaşı Orxan Abbasovla vidalaşmağın vaxtı gəlib çatıbdır. Bu adamların heç birinə sidqi ürəklə inanmaq olmaz. Bu məsələlərə isə ölkədə əsas diqqəti çox hörmətli Əli Nağıyev nəzərə almalıdır. Bir də məni maraqlandıran odur ki, nəyə görə və nə üçün bu günə qədər Bəhram İmranov işdə saxlanılır? Buna maraq nədir? Bəhram İmranov hansı müsbət keyfiyyətlərinə görə saxlanılır? Mənə bunun cavabını verən yoxdur. Cənab prezident mən heç kəsə yox, yalnız sizə inanıram. Öpürəm sizi bağrıma basıram. İnanıram ki, haqq, ədalət qalib gələcək".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...