Axtarış...

Gəncə təhsili ilə bağlı DAHA BİR MÜRACİƏT - İTTİHAM

Gəncə təhsili ilə bağlı DAHA BİR MÜRACİƏT - İTTİHAM

Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü, Respublikanın Əməkdar müəllimi, şair, İctimai xadim, 8 şeir kitabının müəllifi, 1995-ci ildən YAP-ın üzvü, “Qızıl Qələm” mükafatı laureatı və Prezident mükafatçısı, Gəncə şəhər Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə daha bir şikayət ərizəsi ünvanlayıb. DİA.AZ xatırladır ki, İ.Həsənov buna qədər də KİV vasitəsilə dəfələrlə müraciət edib. DİA.AZ olaraq növbəti müraciəti olduğu kimi təqdim edirik:

"Çox hörmətli Prezident və Mehriban xanım!

Bununla yazıb sizə bildirirəm ki, mənim sizə etdiyim 21-ci müraciətdən də səs-səmir çıxmadı. Aydındır ki, bu müraciətlərin heç biri sizə çatmır. Mən bir şeyə təəccüb edirəm ki, Prezident Aparatında aidiyyəti üzrə bir çox məmurları o cümlədən, Təhsil Nazirliyinin başda Emin Əmrullayev olmaqla əksər rəsmilərinin vicdanı yoxdur. Görün bu adamların gönü nə qədər qalındır ki, bunlara söz təsir etmir. Bunlar barədə deyilən sözlər sanki daşa divara deyilir. Bu adamlar öz hərəkətləri ilə bir daha sübut edirlər ki, onlar xalqın, millətin və cənab Prezident sizin qatı düşmənlərinizdir. Əgər belə olmasa idi, Emin Əmrullayev Təhsil Nazirliyində öz çirkin əməllərindən bir nəticə çıxarardı. İndi mənə çox qəribə gəlir. Necə olur ki, Bakıda 71 yaşlı məktəb direktoru Bənövşə müəlliməni direktor vəzifəsində saxlayır, hansı ki, o Bənövşə müəllimə bu yaxınlarda Azərbaycan ictimaiyyəti qarşısında öz siyasi savadsızlığını nümayiş etdirib özünü ifşa etdi. Hansı ki, bu direktor hələ bilmir ki, Anım günü nə vaxtdır, Zəfər günü nə vaxtdır. Bu adam hələ bilmir ki, müharibə 24 gün yox, 44 gün davam edib. Bax, Emin Əmrullayevə belə direktorlar lazımdı. Amma məni yəni, İlham müəllimi və Valeh müəllimi 65 yaşımız tamam olan kimi ciddi səylə işimizdən uzaqlaşdırdı. Bənövşə müəllimə kimilərini ona görə saxlayır ki, o, Oqtay Əsədovun qudasıdır və Samux rayon İcra başçısı Alı Qocayevin həyat yoldaşıdır. Mən dəfələrlə bunu vurğulamışam ki, bunların gözlərini pul örtüb. Sözün əsl mənasında kim pul verirsə və tapşırırlırsa, işdə qalır, pul verməyən, tapşırılmayan bir bəhanəylə azad olunur. Həqiqətdə də Emin Əmrullayev təhsil adamı deyil, təhsilə təsadüf düşmüş bir adamdır. Ona görə nazirlikdə bu adamın sözü keçmir, hamı bilir ki, bu adam quru maketdir. Bu baxımdan da, yerlərdəki kadrlarda özünə oxşayır və Emin Əmrullayevi təkrar edirlər. İndi mən Emin Əmrullayevə sual vermək istəyərdim. Sən Gəncə təhsil idarəsinin müdiri Anar Qədiməliyevin törətdiyi cinayət əməllərindən xəbərin yoxdur? Əlbəttə var, sadəcə olaraq bu əməlləri ört-basdır edirsən. Məsələn: Sən bilmirsən ki, Anar Qədiməliyev dayısı oğlu Röyalın adını Gəncə şəhər 22 nömrəli orta məktəbdə texniki işçi yazdırıb, amma əslində onu yanında idarədə xidməti sürücü işlətdirir. Bununla da dövlət büdcəsinə xeyli miqdarda ziyan vurub. Mən bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna da məlumat vermişəm. Daha sonra sən bilmirsən ki, Anar Qədiməliyevin direktor qoyduğu kadr M.İ.Q imtahanında cinayət hallarına yol vermiş və vəzifəsindən kənarlaşdırılmışdı. Hansı ki, bu işdə onun da birbaşa əli var idi. Məgər sən bilmirsən ki, Anar Qədiməliyev, 2018-ci ildə ailəli bir müəllimə ilə qeyri-qanuni yaşayan, vəzifəsindən sui istifadə edib bunu yoldan çıxaran, ondan qeyri-qanuni bir qızı olan və nəhayət müəllimənin ailəsinin dağıtmağa nail olan, bununla da direktor vəzifəsindən qovulan Elnur Qasımovu 10 il bir sinifdə oxuduğuna görə yenidən 2020-ci ildə məktəb direktoru təyin etdi. Amma əsassız olaraq şəhər ictimaiyyəti arasında nüfuz sahibi olan 2 nəfər əməkdar müəllimi mənimlə, Valeh müəllimi onun fitnəfelinə uyub əmrimizə xitam verdin. Əgər belə idisə digər 65 yaşı tamam olmuş bütün göstəriciləri ilə bizim göstəricilərdən aşağı olan Bəhram İmranovu saxladınız. Hansı ki, Bəhram Imranov bugün də işləyir. Çünki niyə, o da Respublika Hərbi Prokurorun müavini Şəfayət Imranovun doğma əmisi oğludur. Anar Qədiməliyev işlədiyi 1 il 3 ay müddətində mənim rəhbərlik etdiyim 30 nömrəli məktəbdə rəhbər kimi bir dəfə olsun olmayıb. Amma gəlin görün necə məktəb saxlamışam. Müharibə vaxtı Gəncə şəhərinə bomba düşəndə bircə dəfə 29 nömrəli orta məktəbə gəlib, oda içəri keçməyib ki, ayaqqabılarım bulanar. Sən bilmirsən ki, Gəncədə neçə-neçə məktəblərin Respublika Prokurorluğuna, sizə, nazirliyə yağış kimi nə qədər şikayət ərizələri gəlir. Amma heç birinə məhəl qoymursunuz. Siz nətər özünüzə haqq qazandıra bilirsiniz ki, bu minvalla respublikada 300-ə yaxın 75-85 yaşlı məktəb direktorlarını gizli pərdə altında işdə saxlamısınız. Sən bilmirsən ki, Anar Qədiməliyev kimi Təhsil Nazirliyində özünə yuva tapan qeyri-peşəkar işçilərdən biri də kənd təsərrüfat mütəxəssisi Orxan Abbasovdur. O da, müxalifətçidir, onun da havadarı nazir müavini Muxtar Məmmədovdur. Eyni qaydada Orxan Abbasov, Eşqi Bağırov, Gəncə şəhərində Anar Qədiməliyev ilə birgə 52 min hoqqabazlıqdan çıxırlar. Hələ utanmırsınız Prezidenti aldadırsınız.
Cənab Prezident və Mehriban xanım! Bir sözlə Emin Əmrullayev Azərbaycan təhsilini rüşvət mənbəyinə çevirib. Addım başı rüşvərdir. İş o yerə çatıb ki, Məhəmməd Füzuli demişkən, “Pulsuz adi salamı belə almırlar”. Onu yerində otuzdurmağın vaxtı gəlib çatıbdır. Sizdən xahişim odur ki, Təhsil Nazirliyinə güclü bir qələm çalasınız. Bundan sonra Azərbaycan təhsili üçün bu gündə lazım olan məni və Valeh müəllimi işimizə bərpa olunmağımıza kömək edəsiniz. Çünki, yerimizi pula satıblar. Ən nəhayət Emin Əmrullayev bu ədalətsiz hərəkətləri ilə Azərbaycanda bizim yox, sizin başınızı aşağı edir, sizin adınıza xələl gətirirlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz