Gəncə şəhərində 3 nömrəli Peşə Litseyində müəllimlərin maaşını direktor özünə götürür - İTTİHAM/VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Teref.az yazır ki, Gəncə şəhərində 3 nömrəli Peşə Litseyinin müəllimi Əli Şərifli yuxarı dövlət orqanlarına liseydə baş verən korrupsiya olayları barədə şikayət məktubu ünvanlayıb.Məktubun bir surətidə Teref.az-ın elektron poçtuna göndərilib.Şikayəti təqdim edirik: Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin Rəisi cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova
Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramova
Surəti :Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifova
Hörmətli Kamran müəllim ,məlumunuz edirik ki,Gəncə şəhərində 3 nömrəli Peşə Litseyi fəaliyyət göstərir.Bu litseyin direktoru İsmayılov Fazil İsmayıl oğlu idi.1 və 2 nömrəli Gəncə Peşə məktəbinə rəhbərlik də Fazil İsmayılova həvalə olunmuşdu..Fazil Ismayılov Gəncə Dövlət Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisasını bitirmiş və tədris emalatxanasında tədris ustası vəzifəsində işləmişdir.Bundan sonra, dosent Oqtay Məmmədliyə hazır dissertasiya işi yazdıraraq ixtisasına uyğun olmasa da belə müəmmalı şəkildə iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Bu şəxs az müddət bundan əvvəl tutduğu vəzifədən azad edildi. Məlumunuz edirəm ki,mən həmin litseyin müəllimiyəm. Bildirmək istəyirəm ki,kütləvi informasiya vasitələrində və saytlarda onun haqqında dərc olunmuş bütün yazılarda göstərilənlər hamısı faktlardır,hələ az yazılıb.
Mən daha bir faktı və videogörüntünü Sizə göndərirəm. Mən orada müəlliməm. Fazil İsmayılov mənə saat hesabı dərs verdi.Mən həmin dərsləri şagirdlərə tədris etdim.Sonra mənə 505 manat maaş yazıldı.Fazil İsmayılovun qardaşı oğlu İsmayıl İsmayılov həmin litseydə baş mühasib işləyir.O,mənə dedi ki,Fazil müəllim deyir ki,həmin mənə yazılan 505 manat maaşı mənə versin.Mən etiraz etdim,dərhal Fazil müəllimin yanına getdim.Fazil müəllim dedi ki,505 manatı verməlisən,verməsən Səni işdən azad edəcəyəm,çıx get otaqdan.Mən məcbur olub işimi itirməmək üçün həmin pulu onun qardaşı oğluna verdim və həmin videogörüntünü də Sizə göndərirəm.
Hörmətlə, ƏLİ ŞƏRİFLİ
Gəncə şəhər 3 nömrəli Peşə Litseyinin müəllimi Teref.az oaraq qarşı tərəfi dinləməyə hazırıq! Teref.az