Axtarış...

İsmayıllı Bölgəsində EKOLOJİ FƏLAKƏT: İdarə Rəisi Akif Məmmədovu Nazirlikdə KİM HİMAYƏ EDİR?

İsmayıllı Bölgəsində EKOLOJİ FƏLAKƏT: İdarə Rəisi Akif Məmmədovu Nazirlikdə KİM HİMAYƏ EDİR?


Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu yenidən QAYNAR.MEDİA-ya müraciət edərək 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Akif Məmmədovun qanunsuz əməlləri barədə məlumat verib.

Şikayətci bildirir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib:

“Valeh Məmmədovu bölgədə hamı yaxşı tanıyır. O, burada hec kimi saymır, necə deyərlər at oynadır. Onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını kim kəsə bilər?! Bir kəsilmiş ağacın diametrini hesablaya bilməyən bu adama qardaşı böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexi var. Hələ onlara aylıq haqq verən cox sayda gizlin fəaliyyət göstərən sexlərin sayı məlum deyil. Bu sexlərin harada yerləşiyini, kimlər işlətdiyini, qanunsuz yolla kömür, torpaq daşıyanları dögru-dürrüst hər ay haqq yıgıb Akif müəllimə catdıran Rauf və Ramazan adlı şəxslər bilirlər. 1 maşın materialın dəyəri təxminən 6 min manatdır. Akif müəllim gözdən pərdə asmaq ücün 30 maşından 1-nə cərimə yazır və cəriməni də özü ödəyir”.

“Yadınızdadırsa kecən ilin iyul ayında İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Valeh Məmmədovun tabeliyində olan Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilmişdi. Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdü. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən AR CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi də başlamışdı. Nə oldu sonu?!”

Şikaətci bildirir ki, ən dəhşətli cinayət Kalvacay ərazisində yerləşən meşə ərazisində baş verib. Belə ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov “Evrascon” şirkəti ilə əlbir olaraq burada əsl meşə qətlimı həyata keciriblər:

“Təxminən ilyarım olar ki, Muganlı – İsmayıllı yolu cəkilir. Ancaq örün yolun Kalvacay ərazisində nə baş verib. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov “Evrascon” şirkəti ilə birgə yol tikintisində istifadə edilən torpaqı tikinti ərazisinə maşınlarla daşınıb gətirilməli oldugu halda onlar torpaq materialını dag yüksəkliyindən sürüşdürmək yolu ilə əraziyə gətiriblər. Nəticədə eni təxminən 3 klometr meşə zolagı torpaq axıtması zamanı məhv olub. Bu əməliyyatda onlartəxminən 750 min manat pul mənimsəyiblər. Görün təbiətə necə agır zərbə vurulub. Sual olunur, bundan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin xəbəri olmayıbmı?”

Şikayətci bildirir ki, son 30 ildə respublikamızda yaşıllıqlarla bərabər heyvanat aləmi də kütləvi şəkildə məhv edilir. Azərbaycanda bu işə nəzarət etməli dövlət qurumları isə nədənsə susaragı üstün tutur:

“Son 2-3 il ərzində ölkə üzrə yeni “mafiya” peyda olub.Ov əti satışı ilə məşğul olan, qanunsuz olaraq ov həyata keçirən bir neçə dəstə. Bəli, bunlar ölkənin bütün adlı-sanlı restoranlarını, hətta zakaz verən məmur və milyonçuları ilin bütün fəsillərində ov əti ilə təmin edirlər.

Şahdağ Milli parkının İsmayıllı rayonu ərazisində yerləşən hissəsində il boyu yüzlərlə qaban,ayı, cüyür,maral,dağ keçisi, dağ kəli və meşə keçisi ovlanaraq əti satışa göndərilir. Artıq ov əti biznesi çox adamları varlandırıb. Bu biznesdən əldə olunan gəlir ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxslərinə, 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Akif Məmmədovun,onun müavinləri Ziya, Nəriman, Şahdağ Milli parkının müdiri Cəlil və müavini Rafael Musayevin cibinə gedir.Ölkəmizin təbii sərvətlərinin bir qrup harın mafyoz tərəfindən yağmalanmasına çox təəssüf ki, hüquq-muhafizə orqanları da göz yumur. Bu hal Şamaxı, İsmayıllıdan başlayaraq düz Balakən dağlarına,meşələrinə kimi gedib çıxır.Sadəcə ən böyük soyqırım Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında həyata keçirilir.Əsas mərkəz isə İsmayıllı rayonu ərazisidir. İsmayıllı ərazisindəki Şahdağ Milli parkının əməkdaşları kütləvi brakonerliklə məşğuldur. Güya rəsmilərin bundan xəbəri yoxdur?Xahiş edirik ki, Nazirliyin aidiyyatı qurumları təcili olaraq bu məsələyə reaksiya versinlər.”

Şikayətci sonda qeyd edir ki, Akif Məmmədov qapalı məclislərdə söz düşəndə hər zaman bildirir ki, bütün dostlarının arasında Hikmət Əlizadə ən yaxınıdır:

” Bəli cox etimal ki, Akif müəllim düz deyir. Yoxsa sadaladıqlarım və sadalamadıqlarım bu qədər faktların qarşılıgında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə tərəfindən hec olmasa bir dəfə də olsa ya töhmət, ya xəbərarlıq alıbmı? Yoxsa cox hörmətli Hikmət Əlizadə dögurdanmı bütün bu baş verənlərdən xəbərsizdir?
Akif Məmmədov uzun müddət Nazirliyin Dəvəçi, Şabran zonasındada, Şahdağ Milli Qoruğunda rəhbər vəzifədə çalışıb. Akif müəllim əvvəllər də adlarının açıqlanmasını istəmədiyim meşə gözətçilərinə bildirib ki, “hərənin bir day-dayısı var mənim də day-dayım Hikmət Əlizadədir”. Cənab nazir, mən bir suala cavab axtarıram, dogurdanmı Ekologiya və təbii sərvətlər Nazirliyi, bizim ekologiyamız day-daylıların əli ilə idarə olunur?”

R.S


İş adamı,şikayətci Adil Əsədovun redaksiyamıza təqdim etdiyi digər faktları dəqiqləşdirdikdən sonra dərc edəcəyik. Bizi izləyin!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//Qaynarxett.az//

Xəbəral.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Thanks to my father who told me regarding this webpage, this
blog is actually awesome.

Check out my blog post - [url=http://wert-tools.ru/user/nephewmoon60/]s[/url]
Hello, always i used to check web site posts here early in the
dawn, for the reason that i enjoy to gain knowledge of more and more.


Feel free to visit my blog ... sbobet asia
Just wish to say your article is as amazing.
The clearness to your put up is just cool and i
could think you're a professional in this subject. Fine together with your permission allow me to seize your feed to stay up to date with
approaching post. Thank you 1,000,000 and please continue the gratifying work.


Feel free to surf to my web page ... [url=http://ffskybbsjp.azurewebsites.net/home.php?mod=space&uid=8240383]x[/url]
Hello, I enjoy reading all of your article. I wanted to write a little comment
to support you.

My homepage wca production