Elton Məmmədovun işdən azad olunması ilə bağlı xəbər yalandır.
Bu barədə Axar.az-a AMEA-nın İşlər idarəsindən məlumat verilib.
“Hazırda Elton Məmmədov məzuniyyətdədir. Onun işdən çıxarılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün mətbuatda AMEA prezidenti Ramiz Mehdiyevin iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad etməsi ilə bağlı xəbər yayılıb.
Həmçinin qeyd olunub ki, E.Məmmədov uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-də işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.