Ötən yazılarımızın birində Aktualinfro.org olaraq Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə masivvlərində avqust ayında baş verən ardıcıl yanğınlarla bağlı xüsusi araşdırmalar apardığımızı və yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracağımıza söz vermişdik. Araşdırmalarımız hələ davam edir və baş vermiş müəmmalı yanğınların kimlərin sifarişi ilə, 500 manata icra edildiyini, hazırda hüquq-mühafizə orqanıları tərəfindən aparılan araşdırmaların sonunda çatdıracağıq.
Həmçinin qeyd etmişdik ki, sözügedən rayonların meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. Xatırladaq ki, buraya ötən ilin dekabr ayında Akif Məmmədov rəis təyin edilib. O, daha əvvəl “Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis təyin olunmasına qədər adıçəkilən rayonların meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac olmadığını da yazılarımızda bildirmişdik. Qeyd etmişdik ki, meşələri taladıqlarına görə həbs olunanalar, ağacları kütləvi şəkildə qırdığına görə cərimələnənlər və sairlər hamısı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib. Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?
Bu suala cavab olaraq bəhs olunan rayonlardakı mənbələrimizin verdikləri məlumatlar əsasında qeyd etmişdik ki,baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Bu o Valeh Məmmədovdur ki, zonada hamı onu yaxşı tanıyır. Deyilənlərə görə onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Valeh Məmmədovun Qəbələdə icarəyə götürdüyü taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə Valeh Məmmədov bir kəsilmiş ağacın diametrini hesablaya bilmir. Buna baxmayaraq qardaşı ona böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Valeh Məmmədov isə öz növbəsində naryadları yazmağa, aktları tərtib etməyə bir işçi tutub və hər ay ona qeyri-rəsmi olaraq 300 manat maaş verir. Bunun da səbəbləri var. Deyilənlərə görə Valeh Məmmədov naryad yaza, akt tərtib də bilmir. Maraqlıdır, sahə rəisi özü nə qədər əmək haqqı alır ki, adam da tutub maaş verir?
Bu günlərdə isə Oğuzun Yemişənli kəndindən redaksiyamıza yeni məlumatlar verilib. Həmin məlumatlarda bildirilir ki, adını və soyadını , eləcə də tərcümeyi-halını düz-əməlli yaza bilməyən Oğuz rayonun Xaşmaz meşəbəyliyinin sahə rəisi təyin edilmiş Valeh Məmmədovun birbaşa cavabdehlik daşıdığı Yemişənli kəndi yaxınlığındakı meşənin santar sahəsi hesab olunan yerindən qırılma adı altında 71 ədəd diametri 1 və 1.5 metr olan sağlam qovaq ağacları xəstə adı altında kəsilərək naməlum istiqamətdə daşınmışdı. Deyilənə görə iş bununla bitsəydi dərd yarı idi. Hər bir kəsilən qovaq ağaclarının həndəvəri ağır texnika olan buldozerlə küründükdən sonra ağac kəsimləri rahatlıqla həyata keçirilmişdir. Xatırladaq ki, Meşə qanunvericiliyinə görə belə xəstə ağacları kəsməzdən əvvəl ətrafında olan bütün cavan ağacların qotunub saxlanması vacibdir ki, meşə yenilənsin, bir ağacın əvəzinə ən azı 5-10 yeni ağac pöhrələri tez inkişaf edə bilsin. Amma nə başverdi. 71 iri diametrli sağlam qovaq ağaclarının hamısı məhv edildikdən sonra bütün ərazisi kürünərək meşə fondu tamamilə məhv edildi. Bu vəhşiliyin şahidi olmaq üçün Oğuz rayonun Xaçmaz meşə sahəsinin 9 saylı dolayında xəstə adı altında kəsilmiş qovaq ağaclarının kötüklərinin həndəvərinə baxmaq kifayətdir. Təbiətimizə vurulan bu soyqırımın sirri isə yuxarıda qeyd etdiyimiz kimi Xaçmaz meşəbəyliyinin sahə rəisi olan Valeh Yaqub oğlu Məmmədovun savada malik olmamasıdır. Baxmayaraq ki, onun ali təhsil alması barədə hüquq diplomu var.
Kəsilən 71 ağacın hamısı Qəbələ rayonundakı sexlərə daşındığı bildilir. Belə deyilsə soruşula bilər ki, “qurumuş” qovaq ağacları hansı təşkilata daşınıb? Təbi ki,cavab olmayacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, sanitar kəsinti zonalarına birbaşa məsul qurum, elə ETSN-nin 7 saylı Ekologiya İdarəsidir. Yəni Valeh Məmmədovun doğma qardaşı Akif Məmmədovdur.
Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəis Akif Məmmədov, qardaşı, sahə rəisi Valeh Məmmədov isə meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Son fakt isə br daha sübut edir ki, Qəbələ meşələri təhlükəli əllərdərdədir. Göründüyü kimi qardaşlar güya ərazidə meşələrin mühafizəsində dayanırlar. Amma biri nəzarət edir,digəri isə həmişə olduğu kimi bu dəfə də qədim qovaq ağaclarını meşələrdən kəsib satmaqla var- dövlətlərini daha da genişləndirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə başda Muxtar Babayev olmaqla bütün bu baş verənləri ancaq passiv tamaşaçı kimi seyr edirlər. Sanki belə də olmalı imiş. Görəsən, Məmmədov qardaşlarının arxasında dayanan ETSN məmuru kimdir?
Aktualinfo.org