İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur.Əmək müfəttişliyinin rəisi haqq alır.
Şadlıq saraylarında yaşı 16-15 dən aşağı olan uşaqlar işlədilir və heç bir əmək müqaviləsi yoxdur.Sahibkarlar və şadlıq saraylarında işləyən işçilər arasında hər hansı əmək müqaviləsi bağlanmayıb.
Bu kimi qanunsuz əməlləri vergi müfəttişləri də müdafiə edir.
Bir sözlə şadlıq sarayları İsmayıllıda əmək müfəttişliyinin və vergi əməkdaşlarının gəlir mənbəyinə çevrilib.Bundan əlavə olaraq mənbə qeyd edir ki,nazirlər kabinetinin Covid lə bağlı göstəriş və tövsiyələrini bu müəssisələrdə qulaq ardına vururlar.Yerli hakimiyyət orqanları bu işlərə olduqca məsuliyyətsiz yanaşırlar.
Mövzunu diqqətdə saxlayacağıq.Yaxın günlərdə adıçəkilən saraylarda monitorinqlər aparıb ictimaiyyətə təqdim edəcəyik. //Azerinfo.az//