Axtarış...

Ağcabədidə sahibkarı HƏDƏLƏYƏN KİMDİR? - "Telefonla Namiq Xıdırova dedim..."

Ağcabədidə sahibkarı HƏDƏLƏYƏN KİMDİR? - "Telefonla Namiq Xıdırova dedim..."

Millitv.az bildirir ki, Ağcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan, iş adamı Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a şikayət edib.

Redaksiyaya müraciət edən Adil Əsədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribov tərəfindən təhdid olunduğunu bildirir: "Keçən ay mən Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəisi Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişəm. Mən şikayətimdə həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqlarını, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdiklərini, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını göstərmişdim.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi mənim şikayətimə operativ yanaşaraq, cinayət işi başlayıb. Mən davamlı olaraq istintaqa adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edirəm. Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır."

Şikayətci bildirir ki, hazırda Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəisi Əfqan Qəribov və nazirliyin departament rəhbəri Namiq Xıdırov vəzifələrindən cıxarılıb. Məhz ona görə də hər iki şəxs barələrində işdə yol verdikləri cinayət əməlləri ilə bağlı faktların mətbuatda dərcinə görə, onu günahlandırır, hədə-qorxu gəlirlər: "Keçən hətənin bazar günü Əfqan Qəribov hazırda müdir əvəzi Kamil və sahə rəisi Ramillə İsmayıllıda məclis qurub əməlli-başlı yeyib-icib və deyib ki, məni nazir cagıtdırmışdı nazirliyə ki, gəl ərizə yaz, səni öz ərizənlə işdən cıxaraq. Telefonla Namiq Xıdırova dedim, dedi yazma, aldadırlar səni, yoxsa mənim günümə düşəcəksən. Sonra da deyib ki, o Adildi kimdi, onu da araşdıtdırıram, görün onun başına nə oyun gətitdirəcəm. Bu söhbətə qədər necə dəfə görünməyən nömrə ilə telefonuma zənglər gəlib. Biri deyir "sən mərdimazarsan", o biri deyir "sənin axırın pis olacaq". Bu hadisədən sönra özümcün dəqiqləşdirdim ki, bu Əfqan Qəribovun oyunudu."

Sonda iş adamı bildirir ki, əgər belə hallar bir də təkrar olunsa hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz