Axtarış...

Rusiyadan taxıl idxalına məhdudiyyət - UN İSTEHSALÇISI ƏSABİL QASIMOV DANIŞIR

Rusiyadan taxıl idxalına məhdudiyyət - UN İSTEHSALÇISI ƏSABİL QASIMOV DANIŞIR


Rusiya Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət qoyub. Əsasən Rusiyadan taxıl alan Azərbaycan bu qurumun üzvü olmadığı üçün birbaşa idxal məhdudiyyəti ilə üzləşməyib. Ancaq bəzi təhlilçilər Rusiyaya tətbiq olunan genişmiqyaslı sanksiyalardan sonra bunun belə davam edəcəyini şübhə altına alırlar.

Rusiya Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstana taxıl ixracı məhdudiyyətini “daxili bazarı məhdudiyyətlər şəraitində qorumaq” istəməsilə izah edib.

Azərbaycanın Baş naziri Əli Əsədov 2021-ci ilin yekunlarına dair çıxışında yerli istehsalın önəmindən bəhs edərək, “idxaldan asılılığın azaldılmasına nail olmalıyıq” deyib və vurğulayıb ki, bunun üçün aqrar sektorun inkişafında “əsaslı dönüş” yaradılmalıdır .

Millitv.az xəbər verir ki, Azərbaycanda un və un məmulatları istehsal edən iri şirkətlərdən birinin rəhbəri olan sabiq deputat Əsabil Qasımov Gununsesi.info-ya açıqlamasında narahatçılığa əsas olmadığını deyib: “Birincisi Azərbaycanı belə bir təhlükə gözləmir. İkincisi, bizim ölkənin azı 5 ay taxı ehtiyyatı var. Sonra isə yeni məhsul yığımı olacaq. Hətta ola bilsin ki, qiymətlərdə də endirim olsun. Bəzi ekspertlərin şərhlərini oxuyuram. Təəssüflər olsun ki, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Azərbaycanı belə bir təhlükə gözləmir”.

Əsabil Qasımpv deyir ki, ölkədə ərzaq təhlükəsizliyi hökumətin də əsas prioritetlrindən biridir: “Azərbaycan hökumətinin bu məsələdə ciddi fəaliyyəti var. Ona görə də hesab edirəm ki, heç bir narahatçılığa əsas yoxdur. Konkret taxıl ehtiyatları ilə yanaşı, vətəndaşların ay ərzində taxıl istehlakı da hesablanıb və buna uyğun ehtiyat yaradılıb”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz