Axtarış...

Qazaxstan Rusiyadan gələn Benzinə qadağa qoyur

Qazaxstan Rusiyadan gələn Benzinə qadağa qoyur
Millitv.az Qazaxıstanın Energetika Nazirliyi Rusiyadan dəmiryolu vasitəsilə benzin idxalına qadağa qoyulması haqda əmr hazırlayıb.

Sənəd energetika naziri Kanat Bozumbayev tərəfindən imzalanıb. Əmrin mətnində qeyd olunur ki, Rusiyadan benzin idxalına qadağa 3 aylıq müddət üçün nəzərdə tutulur.
Hazırda əmr iyunun 6-dək müzakirə mərhələsindədir. Son qərar bu tarixdən sonra veriləcək. Benzin idxalına müvəqqəti qadağanın səbəbi göstərilmir. (Qafqazinfo)

MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz