2021-ci ildə Kürdəmir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 77 min 864 manat məbləğində 17 tender keçirilib.
Millitv.az-ın FED.az-a istinadla məlumatına görə, Kürdəmir İcra Hakimiyyəti 3 tenderə 58 min 696 manat xərcləyib. Ən böyük tenderin qalibi isə “Meliorator” MMC olub (34 min 696). Şirkət ümumilikdə İH-nin tenderlərindən 34 min 696 manat qazanıb. Bu isə il ərzindəki tenderlərin ümumi məbləğinin 59.11 faizini təşkil edir.
Kürdəmir Regional Aqrar Elm Mərkəzi Dövlət Müəssisəsi il ərzində 1tender keçirib və 2 milyon 356 min 600 manat xərcləyib. Bu isə bir ildə rayon üzrə keçirilmiş tenderlərin ümumi məbləğindən 3 dəfə çoxdur.
2021-ci ildə Kürdəmir rayonunda keçirilən tenderləri təqdim edirik: