Bu ilin yanvar-dekabr aylarında Qobustan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 963 min 613 manat olan 19 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tender keçirən Qobustan Dövlət Tarixi Bədii Qoruğu və Qobustan rayon Mərkəzi Xəstəxanası olub. Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumilikdə 373 min 565 manat, Qobustan rayon Mərkəzi Xəstəxanası ümumilikdə 85 min 173 manat məbləğində tender müqavilələri bağlayıb.
Eləcə də bax: Lənkəranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Qobustan rayon Mərkəzi Xəstəxanasının tenderlərinin qalibi "MÜSLÜMLÜ-12" MMC şirkəti olub.
Bağladığı tenderlərin ümumi məbləği ən çox olan dövlət qurumu Qobustan Qış Otlaqları Su Təminatı Sistemləri İstismarı İdarəsidir. 3 tenderin ümumi məbləği 585 min 362 manat olub.
Bundan başqa rayonda Qobustan rayon İcra Hakimiyyəti, Qobustan rayon Gənclər və İdman İdarəsi, Qobustan rayon Polis Şöbəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.