2019-cu ildə dövlət qurumları tərəfində keçirilən mühafizə xidməti tenderlərini qazanan şirkətlər məlum olub.
FED.az xəbər verir ki, ötən il keçirilmiş 63 tenderin qalibi 7 şirkət olub. Ən çox mühafizə tenderi qazanan şirkət "Alov Mühafizə" MMC olub. Şirkət 23 tender qazanıb. "Alov Mühafizə" MMC-nin qazandığı tenderlərin ümumi məbləği 767,1 min manat olub.
"AS Security" MMC şirkəti 14 mühafizə tenderi qazanıb. Şirkətin qazandığı tenderlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin tenderləridir. Şirkətin qazandığı tenderlərin ümumi məbləği 713 min 806 manat olub.
“TİİM” MMC ümumi məbləği 554 min 829 manat olan 11 tender, "QARTAL SS" MMC ümumi məbləği 639,1 min manat olan 7 tender, "GESCO"ASC ümumi məbləği 730,1 min manat olan 5 tender, "Mühafizə-MN" MMC ümumi məbləği 396,9 min manat olan 2 tender və "İnternational Security Service Mühafizə Xidməti" MMC 20,2 min manat məbləğində 1 tender qazanıb.
Dia.az tenderlərin siyahısını və diaqramını təqdim edir.