Axtarış...

Bakıda banklar əhalidən dollar almır?: Saxta pullar filiallara da gedib çıxıb? - NƏ BAŞ VERİR?

Bakıda banklar əhalidən dollar almır?: Saxta pullar filiallara da gedib çıxıb? - NƏ BAŞ VERİR?


Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar qəbulu dayandırılıb.

Banklar buna səbəb kimi dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əskinasların olması göstərilib. Saxta əskinasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib. Bu səbəbdən banklar saxta dolların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib. Bununla bağlı müvəqqəti olaraq dollar qəbulunu dayandırdıqlarını bildirib.

Maraqlıdır, banklar bankomat vasitəsilə dollar qəbulunu dayandırıb, bəs filiallarda vəziyyət necədir?

Cebhe.info əməkdaşı bir neçə bankın filialında olub, vəziyyətlə maraqlanıb.

İlk olaraq Kapital Banka müraciət etdik. Bankdan bildirdilər ki, hazırda həm dolların alışı, həm də satışı həyata keçirilir.

Bank Respublika əməkdaşları da dolların qəbulunun dayandırılması ilə bağlı heç bir göstəriş almadıqlarını qeyd edib. Həmçinin, hazırda bütün kassalarda dolların alışının və satışının davam etdiyi vurğulanıb.

Muğan Bankda isə mövzudan xəbərsiz olduqlarını dedilər: “Bizə belə bir məlumat verilməyib. Filialımızda dolların alışı və ya satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur”.

Günay Bankdan aldığımız məlumata əsasən, sadəcə şəxsiyyət vəsiqəsi ilə dolların alışı-satışı həyata keçirilir. Yapı Kredinin əməkdaşları da belə bir xəbər eşitmədiklərini və ümumiyyətlə, saxta pulun dərhal aşkar edilə bilindiyini söylədilər. Onların sözlərinə görə, həmişəki kimi bankda dolların alqı-satqısı davam edir.

Görünən odur ki, məhdudiyyət ancaq bankomatlara tətbiq edilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz