"Biz bu gedişlə hara gedirik? İnsanlar aqressivləşib, İnstaqrama girmək olmur, adam iyrənir. Doğmasına əl atan oğraşların başlıq yazıları ilə tez-tez rastlaşırıq. Müqəddəs yerini qorumayan kişiciklərin sayı çoxalıb... Çoxları da yerini bilmir, həddini aşır".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkədə yazıb. Sənətçi son günlər baş verən sosial problemlərdən, avtobuslarda qadınların dava etməsindən gileylənib:
"Onlara da yerlərini göstərməyib dəstək verənlərin sayı çoxalıb... Avtobuslarda yer üstündə bir-birini didən insanlar, dərman atıb kayfa düşən taksi, avtobus sürücüləri çoxalıb... Boş-boş, mənasız, maraqsız söhbətlər, yazılar çoxalıb... Kişilərin qadınların haqqını əzməyi çoxalıb...
Musiqimizi də zövqsüz edib, insanların zövqünü pozan mügənnilərin sayı çoxalıb... Özünə qiymət qoyub özünü satan qadınlar, pula görə şərəfini, mənliyini satanlar çoxalıb... Pul naminə İnstaqramda kökü bəlli olmayan insanların reklamını yayanların sayı çoxalıb.
Hamı nəsə sübut edirmiş kimi, xalqa özlərini adam kimi sırıyan şou əhlinin sayı çoxalıb. Allahı unudub caduda təsəlli tapanlar çoxalıb... Mədəniyyətsiz insanlar, özlərindən xəbəri olmayan, ona-buna söz atan, haqqına girən şərəfsizlərin sayı çoxalib. Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb".