Axtarış...

Qarabağ məsələsində Tehranın mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür... - HƏQİQƏTƏN DƏ...

Qarabağ məsələsində Tehranın mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür... - HƏQİQƏTƏN DƏ...
Rusiyanın və İranın Cənubi Qafqaz regionunda ciddi maraqlarının olduğu bəllidir. Azərbaycan isə bu iki dövlətin arasında yerləşir. Həm Rusiya, həm İran bölgədə, xüsusən də Azərbaycanda öz maraqlarını təmin etmək üçün mübarizə aparırlar. Bu mübarizənin nəticəsində Azərbaycanın zaman-zaman bir çox ədalətsizliklərlə üz-üzə qaldığı məlumdur.

Azərbaycan dəfələrlə bəyan edib ki, hər iki qonşusu ilə əlaqələrdə, bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Bir sıra siyasi ekspertlər isə hesab edir ki, Rusiya ilə münasibətlər Azərbaycan üçün olduqca önəmlidir, stratejidir. Həm də ona görə önəmlidir ki, İranla müqayisədə Rusiya daha mərdcə davranır. İranla müqayisədə Rusiya daha etibarlı tərəfdaşdır. İrana baxanda Rusiya daha təhlükəsiz qonşudur. İrandan son günlər Azərbaycana təhdid sayılan bəyanatların verilməsi də bu fikirdə olan siyasi analitiklərin sözlərində həqiqət payının çox olduğunu təsdiqləyir.

Bu barədə “Yeni Müsavat”a danışan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, gecə-gündüz antirus təbliğatı aparan, Rusiyanı düşmən elan edən siyasətçilər reallığı nəzərə almırlar: “Bəs gecə-gündüz antirus təbliğatı aparan, Rusiyanı düşmən elan edən siyasətçilərimiz nə istəyirlər? Onlar anlamırlarmı ki, bu təbliğat erməni maraqlarına xidmət edir. Düz iki ay bundan əvvəl, iyul ayının 22-də cənab Prezident dövlət televiziyasına müsahibədə açıq şəkildə bəyan etdi ki, ”Qarabağ münaqişəsinə münasibətdə Rusiya ilə bizim aramızda heç bir fikir ayrılığı yoxdur". Türkiyənin, Pakistanın mövqeyi də bizimlə eynidir. Bəs ABŞ, Fransa, Böyük Britaniya, Avropa Birliyinə daxil olan digər dövlətlər, həmçinin İran? Onların haqqında eyni bəyanatı vermək və demək mümkündürmü ki, Qarabağ münaqişəsinə münasibətdə onlarla da mövqeyimiz, Rusiya ilə olduğu kimidir, yəni aramızda fikir ayrılığı yoxdur? Deyə bilmərik. Çünki həmin dövlətlərin mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşür. Belə olan halda, bu dövlətlərin əleyhinə heç nə söyləməyən “liderlər” nədən Rusiya düşmənçiliyini şiddətləndirmək üçün dəridən-qabıqdan çıxırlar, İranın Azərbaycan əleyhinə davranışlarına isə susurlar? Doğrudanmı, onlar bu cür təbliğatın erməni maraqlarına xidmət etdiyini anlamırlar? Məncə, anlamırlar. Həm savadsız olduqlarına, həm də Rusiyaya nifrət edən milyonlara şirin görünmək, onların “molades”ini qazanmaq istədiklərinə görə. Düşünmək belə istəmirlər ki, Azərbaycan ya Rusiyanın vasitəçiliyi, Türkiyənin iştirakı ilə Qarabağ məsələsini status vermədən birdəfəlik həll edəcək, ya da Minsk Qrupunun ən azı “ən yüksək status” vermək təklifi ilə razılaşmaq məcburiyyətində qalacaq. Azərbaycanın “status yoxdur”-deyib, bütün dünya güclərinə bu mövqeni qəbul etdirəcəyini düşünən “siyasətçi”çilərlə bu məsələni müzakirə etmək ağılsızlıqdır və zəkasına hörmət edən heç kim belələri ilə müzakirə aparmaz".

Partiya sədri təəssüf edir ki, İran uzun müddətdir Azərbaycana münasibətdə ən azı anlaşılmaz davranışlar sərgiləyir. 2012-ci ildə müdafiə nazirimizin İrana səfəri zamanı bayrağımızı tərsinə asıb, yaşıl rəngi qabardaraq bizə din qardaşlığımızı xatırlatmağa çalışan qonşularımız son günlər islami dəyərləri heçə saymaqda davam edirlər: “Məscidlərimizdə donuz saxlayan, dini dəyərlərimizə həqarətlə yanaşan ermənilərlə əlaqələrə ”xüsusi dəyər" verən İran beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqdan çəkinmir. Müxtəlif yüklərlə dolu maşınlarını qanunsuz yollarla Qarabağa göndərən “din qardaşlarımız” bununla kifayətlənməyib arada hərbə-zorba gəlməkdən də çəkinmir və sərhəddimizdə bizə “əzələ nümayişi” göstərirlər. Anlamaq istəmirlər ki, nə sanksiyalardan boğulan İran kiməsə güc nümayiş etdirəcək durumdadır, nə də öz gücünə və müttəfiqlərinə arxalanan Azərbaycan belə “nümayiş”dən çəkinəcək səviyyədə.

Rusiyanın maraqlarına gəlincə, məncə, bu, tamamilə başqa məsələlərdir. Cənab Prezident müsahibələrində Rusiya ilə əvvəlcə 5, sonra isə 7 “yol xəritəsi” üzərində iş getdiyini bəyan etdi. Bir az gözləsək bu məsələlərə aydınlıq gələcək. Digər tərəfdən, heç nəyi olmayan və bütövlükdə Rusiyadan tam asılı olan Ermənistanla müqayisədə Azərbaycan-Türkiyə ittifaqı ilə yaxın münasibətlər qurmaq təbii ki, böyük qonşumuzun maraqlarına daha çox cavab verir. Və biz siyasətçilər ilk növbədə bu yaxınlaşmanın baş tutması üçün əlimizdən gələni etməliyik, ermənilərin əlini gücləndirməyə çalışmamalıyıq".

A.Səmədov qeyd etdi ki, Qərblə, ABŞ-la heç qrupunun vasitəçiliyinə qaytarılmasında maraqlı görünür. Belə görünür ki, ABŞ və Fransa ilə eyni mövqedədir. Bunu ermənilər də istəyir: “Ermənistan və Azərbaycan arasında aparılacaq sülh danışıqları ermənilərin istədikləri kimi - ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə baş tutmayacaq. Bu, həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına qətiyyən uyğun deyil. Ermənilər də, İran da, Qərb də bilir ki, Rusiyanın vasitəçiliyi və Türkiyənin aktiv iştirakı ilə keçiriləcək danışıqlar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni lobbisinin və bütövlükdə Ermənistan dövlətinin təbliğatının əsas məqsədi Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərində problemlər yaratmaq və meydana gələcək soyuqluqdan maksimum yararlanmaqdır. Bu planları reallaşdırmaq üçün onlar hər şeydən istifadə etməyə çalışırlar və biz bunu yaxşı başa düşürük. Çünki Ermənistan bizə düşmən dövlətdir və düşmən olaraq anlayır ki, Azərbaycan-Rusiya münasibətlərinin bu səviyyədə qalması onun maraqlarına cavab vermir. Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması İrana sərf etmir”.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz