Axtarış...

AMAC DÖVLƏTÇILIK IDEOLOGIYASI ƏSASINDA FORMALAŞAN HƏRƏKATDIR

AMAC dövlətçilik ideologiyası əsasında formalaşan hərəkatdır və konkret dövlətçiliyin qorunması prinsipi əsasında siyasi fəaliyyətə başlayıb. Hansı məqsədlərlə meydana gəlib və hansı yolu tutacaq



AMAC DÖVLƏTÇILIK IDEOLOGIYASI ƏSASINDA FORMALAŞAN HƏRƏKATDIR

Jurnalist-AMAC hansı siyasi və iqtisadi zərurətdən meydana gəlib?

T.Cəfərli-Azərbaycan cəmiyyəti dövlətçilik baxımından formalaşmamış, dövlətçilik ideologiyası baxımından konkret prinsipləri olmayan bir cəmiyyətə çevrilməkdədir. Hətta elə partiya və hərəkatlar meydana çıxıb ki, Azərbaycanı başqa ölkənin sancağına çevirmək səviyyəsinə eniblər və belələri “taburetka” sahibləri olduqlarından Azərbaycanı güdaza verməyə də hazırdırlar.
Bir vaxt vardı Azərbaycan cəmiyyəti kimi dövlətçiliyi qorumaq baxımından vahid cəmiyyət yox idi. Biz 1988-ci ili nəzərdə tuturuq. Həmin illərdə istər dövlət xadimləri, istərsə vəzifəli məmurlar və xalq bir idi. Xalqı və Azərbaycan iqtidarını bir anlayış Qarabağ və onun qorunması birləşdirirdi. Sonra da bu anlayışlara Azadlıq və Demokratiya sözləri də əlavə olundu.


J-Gəlin razılaşaq ki, bir vaxt xalqı vahid yumruq kimi birləşdirən bu anlayışlar vardı.

T.C.-Elədir. Hamını bir yumruq kimi birləşdirən Azərbaycançılıq vardı. Biz azadlığa çıxandan sonra da “Azadlıq” –sözü öz “işini görürdü”. Bu səfər xalqın xeyrinə yox, Qarabağı erməniyə verməyin xətrinə bundan xalqın düşmənləri istifadə edirdi. Onda hələ siyasətdə ayıq-sayıq olmayan azərbaycanlıların ağlına belə gəlməzdi ki, lider kimi tanıdıqları fərdlər, əslində hakimiyyətə gəlmək üçün min oyunlara əl atırdılar. Nəticədə xalqın elə inandığı bu fərdlər Qarabağın ermənilərə verib , hakimiyyətə gəldilər. Bir il ərzində hakimiyyətdə olduqları dövrdə Azərbaycanı elə dağıtdılar ki, ölkəmiz inkişaf etmiş ölkədən, geriyə qalmış ölkəyə çevrildi.
Əlbəttə ki, hakimiyyətlərinin iqtisadi bünövrələri olmadığından Gəncəndə baş verən siyasi böhran nəticəsində, H.Əliyevdən imdad istəyib, hakimiyyəti ona verdilər.
Sonrada müxalifət adıyla ortaya çıxan bu fərdlər xalqla “Demokratiya”oyunu oynamağa başladılar və onlara qoşulan aktiv,vətənpərvər balaları güdaza verdilər.
İndi xalqın iyrəndiyi iki söz var “Azadlıq” və ”demokratiya ”, çünki bu sözləri işlədənlər nə azadlığı, nə də demokratiyanı xalqa verən deyillər.
Ən dəhşətlisi odur ki, bunların belləri Qərbin xüsusi idarələrinə bağlanmışdır ki, “İnsan hüquqları ”,” söz azadlığı ” və s. Azərbaycanda olmadığını dünyaya bəyan etməklə, xarici ölkələrə canla-başla xidmət edirlər və Qərbin Azərbaycana təzyiq etməsinə nail olurlar. Bu zərərlərin nə qədər böyük olduğundan danışmaq istəmirik. Axır ki, xalq başa düşdü ki, müxalifət deyilənlər faktiki olaraq xarici ölkələrin maraqların milli maraqlardan üstün tutanlardır, “demokratlar” ölkəmizi dağıtmaq üçün ortaya düşənlərdir. Xalqın onlardan qaçmağının və siyasi passivliyinin səbəbi də elə budur. Suriyada, Liviyada, İraqda və s. ölkələrdə “demokratiya oyunbazları” bu ölkələri viran qoydular. Bu Azərbaycanlılar üçün dərs oldu. Odur ki,
Azərbaycan cəmiyyəti indiki dövrdə dövlətçiliyi qorumaq nöqteyi-nəzərindən xalqı birləşdirən ideologiyaya möhtacdır. AMAC bu zərurətdən irəli gəlib.


J-Siz Azərbaycan dövlətçiliyinə qarşı təhlükəni haradan görürsünüz.

T.C.-Əlbəttə ki, Qərbdən. Çünki Azərbaycan öz geosiyasi mövqeyindən Rusiya və İran arasında qalıb və bu ölkələrə qarşı ABŞ-n sanksiyaları işləyəcək. Kim ki, düşünür ki, bu sanksiyaların Azərbaycana təsirləri olmayacaq, özünü aldadır.. İndiki şərait Azərbaycan müstəqilliyinin və stabilliyinin sınaq dövrüdür.

J.-Belə çıxır ki, Azərbaycan Qərblə Şərqin arasında qalıb?

T.C.- Əlbəttə ki, bu belədir. Sadəcə olaraq xalqımızın üzərində olan təhlükəni görmürük.
Ölkənin təməl siyasəti Qərblə Şərq arasında balansı saxlamaq üzərində qurulsa da, əslində gün-gündən dəyişən strateji vəziyyət Azərbaycanı seçim qarşısında qoyur və məcbur edir ki, Azərbaycan bu düşərgələrdən birini seçsin, yəni ya ABŞ, ya da Rusiya.



J.-Bu nə ilə əlaqədardır?

T.C.-Hər şeydən əvvəl, dünyada “İkinci soyuq müharibəsinin “ getməsi ilə əlaqədardır. Dünya ölkələri seçim qarşısındadır. ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi “ənənəvi proteksionizm ” siyasəti bütün dünyanı ABŞ-ın təzyiqləri və sanksiyaları qarşısında qoymuşdur. ABŞ dünyanın bütün ölkələrini onun siyasi maraqlarına uyğun hərəkət etmələri tələbi ilə çıxış edir və ipə-sapa yatmayan ölkələrə qarşı sanksiyalar irəli sürür. Bizim bəxtimizdən sanksiyalar tətbiq olunan iki ölkənin: Rusiya və İranın arasında qalmışıq.
ABŞ-ın indiki siyasətinin mahiyyəti sanksiyalar tətbiq olunan ölkələrlə əlaqəsi olan ölkələr bu əlaqələri kəsməlidirlər. Təsəvvür edin ki, Rusiya - Azərbaycan - İran tranzit xətti bağlanıb. Bu ölkəmiz üçün əsl faciəyə çevrilər, çünki dərinə gedəndə ölkəmizi nə neft, nə də qaz saxlayır. Azərbaycanı bu tranzit bütün ölkələrə bağlayır və ölkə büdcəsinə milyardlarla valyuta gətirir.
Azərbaycan hələlik Qərblə Şərq arasında balansı saxlasa da, Qərbin təsir və təzyiqi hiss olunur.



J.-Məsələn?

T.C.-Qərbin təsir agentlərinin yaratdıqları partiya və hərəkatlar siyasi müxalifət rolu oynayır, ən dəhşətlisi odur ki, ölkədə qarşıdurma yaratmaq istəyirlər.

J.-Bu özünü nədə göstərir?

T.C.-Fikir verin 19 mart hadisələrinə. Fəvvarələr bağında 10-15 adam şüarlar qışqırmağa başladılar, ancaq onların ətrafına bir nəfər belə kənar yaxınlaşmadı. Bunun səbəbi aydındır ki, Qərbin bu oyunçularından xalq heç nə gözləmir. Odur ki, uzaq qaçdılar.

J.-Ötən dəfə Siz Qərbin Azərbaycan cəmiyyətinə olan ideoloji təxribatlardan danışdınız.

T.C.-Azərbaycana qarşı ən böyük təxribat Azərbaycan millətin inkar edən qüvvələri və yerlibazların ortaya çıxmalarıdır. Klanlaşma üçün şəraitin yaradılmasıdır. Bu saat Azərbaycan cəmiyyətini tüklərə, avarlara, ləzgilərə, tatlara, talışlara və s. bölməklə ölkədə qarşıdurma yaratma və ölkənin müstəqilliyini zərbə altında qoymaqdan ibarətdir. Bu çox axmaq vəziyyətdir. Aydındır ki, Qərbin və Ermənistanın bunda əli var.


J.-Bununla belə sakitlik olsa da, Qərbdən yeni təxribatlar gözlənilir.

T.C.-Bu doğrudan da belədir. Bizə qarşı Qərbin ən böyük təxribatı növbəti devalvasiya ola bilər, çünki Azərbaycanda müxalifət yoxdur və onun təzyiq qüvvəsi heç cüzi də deyil.


J.-Devalvasiya nə verə bilər?

T.C.-Devalvasiya ən böyük iqtisadi təxrubatdır və Azərbaycan ondan sığorta olmayıb. Birinci devalvasiyadan sonra Azərbaycanda bütün əmlak, bütün qiymətlər və xidmətlər iki dəfə aşağı düşdü. İndi Azərbaycan iki dəfə çox işləməlidir ki, 14-cü ilin səviyyəsinə qayıtsın. Devalvasiyaya görə iqtidarda günah axtarmaq gülüncdür, çünki bu onun iradəsindən asılı olan məsələ deyil.


J.- Devalvasiyadan çıxış yolu nədədir?

T.C.-Əlbəttə ki, qeyri-neft sektorunu yaratmaqda və neft iynəsindən yaxamızı qurtarmaqda.

J.-Prezidentin bütün Fərmanları buna yönəldilmişdir.

T.C.-Elədir. Ancaq yerinə yetirilirmi? Fərmanların yerinə yetirilməməsini sabotaj da adlandırmaq olar, çünki onların həyat keçməməsi, Azərbaycanın özü-özünü dolandırma mexanizminin tam işləməsinin qarşısını alır. Ən dəhşətlisi odur ki. Yüksək dövləti məmurların çoxu oturduqları taburetlakara uyğun gəlmədiklərindən Fərmanlar icrasız qalır.

J.- Sizin sözünüzdən belə çıxır ki, kadrlarımız yoxdur?

T.C.- İstənilən qədər kadrlarımız var, ancaq onlara qarşı hakimiyyətdə olan bir çox məmurların həyata keçirtdiyi klançılıq siyasəti, ağıllı insanları idarəçilikdən kənarda qoyubdur və ölkə idarəçiliyində Orta Əsrlərdən qalma idarəçilik siyasəti həyata keçirilir. Neft hasilatı azaldıqdan sonra iqtisadi vəziyyətin acınacaqlı olması, bir başa bununla əlaqəlidir, çünki 21-ci əsrdə ölkəni qohumbazlıqla, yerlipərəstliklə idarə etməyin sonu ,bu məmurlar cəhənnəmə, ölkə üçün faciəli ola bilər, çünki ölkədəki bütün narazılıqlar məmurların ölkəni dağıtması ilə əlaqədardır.
Məmur seçimində əsas meyyar təmiz, pak, ölkəyə fayda verən insanları idarəçiliyə dəvət etmək lazımdır.
İndi ölkə rəhbərliyini bütün islahatları buna yönəldilməlidir. Ölkə iqtisadiyyatını qaldırmaq üçün inkişafa mane olan nə varsa aradan qaldırılmalıdır.


(Ardı var)

Söhbəti apardı: Rövşən Qasımov
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz